Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Biz tezliklə Laçına dönəcəyik” - Müşfiq Məmmədli

Tarix: 18-05-2017 22:26     Baxış: 2597 A- / A+
“Biz tezliklə Laçına dönəcəyik”
Bildiyimiz kimi, Laçın rayonunun yağı düşmən tərəfindən işğal olunmasından 25 il ötür. Qeyd edək ki, Ermənistan ordusu 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal edib. Rayonun işğalı 18 mayda tam başa çatıb.

Rəsmi məlumata görə, Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır. 25 ildir ki, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkün həyatı yaşayır. Laçının bütün icra strukturu Ağcabədi rayonunun “Taxtakörpü” ərazisində yerləşir. Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

“Biz tezliklə Laçına dönəcəyik”

Manevr.az Laçın rayonunun işğalının 25 illyi ilə bağlı silsilə yazılar təqdim edir. Budəfəki müsahibimiz Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir.


-Müşfiq həkim, ata-baba yurdunuz olan Laçın rayonunun işğalından 25 il ötür. Bu gün hansı hissləri keçirirsiz?

-Azərbaycan bütövlükdə hamımızın ümumi vətənidir, ancaq ata-babalarının doğulub boya-başa çatdığı torpaq adama daha əziz, daha doğma olur. Çünki sənin uşaqlıq illərinin xoş xatirələri, bu yerlərlə bağlı olur. Ona görə də, deyə bilərəm ki, böyük vətən sevgisinin ilkin qığılcımları uşaqlıq illərinin keçdiyi ocaqdan, tozlu- torpaqlı yolları ilə bütün günü o baş, bu başa qaçdığın kənddən başlayır, Bu insanın ürəyində yurd salaraq əzəli və əbədi sevgiyə çevrilir. Bu mənada, Laçın mənim üçün dünyanın ən gözəl cənnət guşəsi, xəyallarımın daimi sakinidir. Laçının qeyrətli oğullarının hər biri bir dağa bərabər idi. Necə oldu ki, bu nər oğulların torpağına yağı ayaq basa bildi. Hamımızın nəzərində də Laçın alınmaz qala idi. Laçının ər oğulları gecə- gündüz ayıq-sayıq keşiyində dayanmışdılar. Hamı bir ideya ilə yaşayırdı: ölərik, amma bir qarış torpağı da vermərik. Həqiqətən yurd-yuva, torpaq yolunda yüzlərlə igid oğullarımız canından, qanından keçdi. Ancaq bir addım da geri çəkilmədilər. Belə ki, xüsusi ordu qrupları meydana gəldi, könüllü batalyonlar döyüş mövqelərindən kənarlaşdırıldılar, bir növ müdafiə sütünları laxladı. Xüsusi adamlara tabe olan ordu birləşmələri isə öz maraq dairələrinə uyğun hərəkət edirdilər. Ümumi komandanlıq yox idi. Əsgərlərlə komandirlər arasındakı rəsmiyyət itmişdi. Və bu kimi bir çox səbəblər acı nəticəsini verdi: Laçın işğal olundu.

- 18 may 1992- ci il- bu laçınlıların ən ağrılı-acılı günüdür desək, yanılmarıq ki?

- O gün hər qarışında ən gözəl xatirələrimiz yaşayan, qayğısız və sevincli anlarımızın şahidi olan ecazkar təbiəti ilə bizi heyran qoyan, müqəddəslərimizin uyuduğu vətən torpağının bir parçasını- Laçını yağı düşmən işğal etdi. Bütün laçınlılar kimi mənin də ömrümün ən ağrılı, ən kədərli günüdür o gün. Bu hissləri tam mənası ilə ifadə etmək üçün sözlər belə acizdir… Düşünürəm ki, bu tarix yalnız laçınlıların deyil, hər bir Azərbaycan vətəndaşının yaddaşına ən ağrılı, ən faciəli gün kimi həkk olunub.

-Artıq neçə illərdi ki, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar aparılır. Sizcə, problemin çözülməsində hansı yolun seçilməsi zəruridir: Hərb, yoxsa sülh?

-Biz humanist xalqıq. Yenidən insan tələfatı, ana- bacıların göz yaşını görmək istəməzdik. Ancaq reallıq bunu tələb edir: biz torpağı yağı əlində yağmalan bir yurdun övladlarıyıq. Bu vəziyyətə son qoymaq, əsarətdə inləyən yurd yerlərimizi azad etməyə, bu yolda canımızdan belə keçməyə hər birimiz hazır olmalıyıq. Cəmiyyətdə tutduğu mövqedən, vəzifə və əqidəsindən asılı olmayaraq hər birimiz səfərbər olmalıyıq. Həyatda mümkün olmayan heç nə yoxdu. Sadəcə olaraq hər bir məsələnin öz həlli yolları mövcuddur. Eyni zamanda, beynəlxalq normalar və qayda- qanunlar var. Bizim kifayət qədər gücümüz, qüdrətimiz və güclü ordumuz var, ancaq istəyirik ki, torpaqlarımız qansız- qadasız azad olunsun. Müharibə ölüm- itim deməkdir. Bir sözlə, bu gün Azərbaycan ordusu əsarətdə olan yurd yerlərini azad etməyə tam hazırdı. Hər birimiz vətənin əsgəriyik. Ali Baş Komandanın bir əmri yetər ki, biz torpaqlarımızı azad etməyə qalxaq. Bu hər birimizin ən müqəddəs borcudur. Ali Baş Komandanın seçəcəyi yol, verəcəyi əmr hamı üçün məqbul olacaq.
“Biz tezliklə Laçına dönəcəyik”

- Deməli, Laçına dönmək ümidiniz itməyib...

- Xeyr. Bəlkə də həmin bu hissdir məni, eləcə də məcburi köçkün həyatı sürən həmvətənlərimizi yaşadan. Biz işğal altında olan yurd yerlərimizə qayıtmaq ümidimizi heç vaxt itirməməliyik. Çünki o torpaqlar tarixən bizim olub, gec-tez ədalət zəfər çalacaq. Buna heç bir şübhəmiz olmamalıdır. Tarix öz ədalətli hökmünü verəcəkdir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalq bu hökmü icra edəcək! Biz tezliklə işğal olunmuş yurd yerlərimizə, o cümlədən Laçına dönəcəyik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar