Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müsavat”, AXCP və digər qurum rəhbərlərinin özbaşınalığı, hərc-mərcliyi Laçının verilməsinə səbəb oldu -MÜSABHİBƏ

Tarix: 16-05-2017 09:58     Baxış: 6861 A- / A+
“Müsavat”, AXCP və digər qurum rəhbərlərinin özbaşınalığı, hərc-mərcliyi Laçının verilməsinə səbəb oldu

Mayın 18-də Laçın rayonunun yağı düşmən tərəfindən iğşal edilməsinin 25 ili tamam olur. Manevr.az işğalla bağlı silsilə yazılar təqdim edir. Budəfəki həmsöhbətimiz əslən Laçından olan, cərrah Əhmədəli Həsənovdur.

1 nömrəli Sumqayıt Şəhər xəstəxanasına bir yaxınımı ziyarətə gedərkən eşitmişdim onun haqqında. Yaxşı həkim olduğunu bilirdim. Laçından olduğunu isə daha sonra öyrəndim. Xəstəxanaya bu dəfəki səfərimin məqsədi başqa idi. Növbətçi qız : Əhməd doktor, sizi xəstə gözləyir,-deyə çağırdı onu qəbul otağına. Bir neçə dəqiqə sonra əməli və amalı kimi ağ xalatlı bir nəfər endi aşağı. İlk olaraq bütün həkimlərə xas olan ənənəvi sualı


-Sizi nə narahat edir ?-oldu.

-Laçın narahat edir,-dedim.

Kədər qarışıq bir maraqla baxdı mənə. Mətləbimi anlamışdı: Deməli, Laçından danışacayıq,-dedi. –Ardımca gəlin.
Xəstəxananın II mərtəbəsinə qalxdıq. Qapının üzərində “Şöbə müdiri” sözləri yazılmışdı. Bayaq aşağı enəndə çöhrəsində olan sakit ifadənin yerini sözlə ifadə edə bilmədiyim bir hiss tutmuşdu. Məni öz iş otağında səmimi, eyni zamanda qayğılı təbəssümlə salamlayıb, “xoş gəlmisiniz” dedi. Ani sükütdan sonra davam etdi:

-Nailə xanım, Laçın nəinki mənim üçün, elə bütün laçınlılar, azərbaycanlılar üçün ağrılı bir yerdir. Onun işğalından keçən 25 ildə elə bir gün yoxdur ki, fikrimdən çıxmış olsun. Bəlkə də bu illər ərzində yuxuma girmədiyi gecələr barmaqla sayılacaq qədər azdır. Deyəsən, sizi də çox kədərləndirdim,- deyib gülümsəməyə çalışır.
“Müsavat”, AXCP və digər qurum rəhbərlərinin özbaşınalığı, hərc-mərcliyi Laçının verilməsinə səbəb oldu

- Doktor, mən sizə o yurdla bağlı bir neçə sual ünvanlamaq istəyirəm. Çünki aradan keçən bunca zaman ərzində doğulan, lakin Laçını görməyən laçınlılar, eləcə də azərbaycanlılar var. O torpaqları, düşmən əlində olan ata-baba yurdlarımızı unutmaq və unutdurmaq olmaz. Bu günah olmaqla yanaşı, həm də xalqa, onun yaddaşına xəyanət deməkdir. Öncə sizi oxuculara tanıtmaq istərdim.

- Əhmədəli Əbdüləli oğlu Həsənov 1948-ci ildə Laçın rayonunun Ağbulaq kəndində doğulmuşam. İbtidai təhsili öz kəndimizdə almışam. Əslində, orada məktəb binası yox idi. II Dünya müharibəsindən çıxmış bir ölkədə, xüsusilə də
kəndlərdə məktəb binası, demək olar ki, yox idi. Dərsləri kənd sakinlərinin boş olan otaqlarında keçirdik. Bəbir və Camal adlı iki müəllimimiz var idi.
Orada 4 sinif oxuduqdan sonra qonşu kənddəki 7 illik məktəbə qəbul olundum. Leninkənd məktəbində 7-ci sinifə qədər oxudum. Lakin tam orta təhsilimi Minkənd məktəbində başa vurdum.
Bakıya gəlib sənədlərimi N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) verdim və “Müalicə-profilaktika fakültəsi”nə daxil oldum. 1973-cü ildə həmin fakültəni müvəffəqiy-yətlə bitirdim. Bir il akademik Cavadzadənin kafedrasında təcrübə keçdim. 1974-cü ildən həyatımı Sumqayıtla bağladım. Əvvəl sıravi həkim, 1975-ci ildən isə “Urologiya şöbəsi”nin müdiri vəzifəsində çalışıram.
Atam Əbdüləli Həsənov II Dünya müharibəsindən sonra kolxoz sədri, anam isə sıravi kolxozçu kimi fəaliyyət göstərmişlər.
Ailə vəziyyətinə gəldikdə isə üç uşaq: iki oğul və bir qız atasıyam, nəvələrim var.

-Doktor, bu yaxınlarda dövlət rəhbərinin fərmanı ilə “Respublikanın əməkdar həkimi” adına layiq görülmüsünüz. Sizi bu münasibərlə təbrik edirəm.

-Çox sağolun. Hesab edirəm ki, bu 40 ildən artıq zaman ərzində tibb sahəsində vicdanlı əməyimə verilən ən yüksək qiymətdir. Cənab prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə göstərilən bu etimadı hər zaman doğruldum.

-Özünüz haqda yığcam, eyni zamanda həm də ətraflı məlumat verdiniz. Bunun üçün sizə minnətdarıq. Ancaq nə qədər böyük uğurlar qazansaq da, onun üzərinə kölgə salan bir məqam var: Qarabağ dərdi, Laçın niskili, Irəvan həsrəti. Axı, Laçın alınmaz qala idi. Necə oldu ki, biz hər zaman bizi qoruyan bu qalamızı qoruya bilmədik? Laçının düşmənə təslim edildiyi xəbərini necə qarşıladınız?

-Bilirsinizmi, mən hər zaman doğulduğum torpağa bağlı bir adam olmuşam. Hətta indi də başqa bir istirahət guşəsinə gedə bilmirəm. Axı, mən 1987-ci ilədək hər yay öz kəndimə, öz rayonuma getmişəm. Bütün həyatım o torpağa bağlıdır. Inanın ki, bu xəbəri eşidəndə, sanki, yerlə-göy arasında ümidsiz bir vəziyyət aldım. Necə ola
bilər ki, öz Vətənində doğulduğun torpağa gedə bilməyəsən. Birdən- birə acı həqiqətlə üz-üzə qaldım: vətənim düşmən əlindədir. Çox ağrılı bir hissdir.

- Sizcə, doğrudanmı Laçının işğalı bizim o zamankı iqtidarın günahıdır? Yoxsa, biz, “dünyanın yarısı ilə döyüşüb” müvəqqəti məğlubiyyəti qəbul etdik?

- Mən deyim ki, əgər o dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı, inanın ki, torpaqlarımız düşmənə verilməzdi. Doğrudur, artıq 80-ci illərin sonunda Laçın bir neçə tərəfdən erməni-rus qoşun birləşmələri ilə çevrələnmişdi, mühasirəyə alınmışdı. Laçını Ermənistandan, sadəcə, bir körpü ayırırdı. Lakin bu hərbi əməliyyatlar üçün o qədər də əlverişli bir keçid deyildi. Bildiyim qədərilə Laçının işğalı zamanı aviasiyadan istifadə olunmamışdı. Bir tərəfdən səriştəsiz dövlət başçısı, hərbi qanun və vəziyyətdən xəbəri olmayan hərbi nazir, digər tərəfdən, istər “Müsavat”, istər AXCP, istərsə də digər qurum rəhbərlərinin özbaşınalığı hərc-mərcliyin, xalq və hələ formalaşmamış ordu hissələri arasında ajotajın yaranmasına səbəb oldu. Müharibə aparan dövlətdə bu cür hərəkətlər, təbii ki, yolverilməzdir.

-Doktor, XX əsrin 80-ci illərinin sonundan başlayıb, bugün də davam edən Vətən müharibəsində Rusiya faktoruna münasibətiniz?

- Bilirsiniz, siz bayaq “biz dünyanın yarısı ilə döyüşmüşük” dediniz.

-Bəli. Bu ifadə millət vəkilimiz Aqil Abbasa məxsusdur.

-Deyim ki, münaqişə yeni başlayanda hadisələrin belə bir yön alacağı gözlənilmirdi. Ancaq sonra erməni-daşnaq quldur dəstələri rus ordusunun köməyilə tək Dağlıq Qarabağı deyil, qonşuluqda olan yeddi rayonu da işğal etdi. Bunu bütün dünya da bilir ki, Ermənistanın belə genişmiqyaslı hərbi əməliyyat aparmağa nə hərbi, nə də fiziki gücü yoxdur. Bir də nəzərinizə çatdırım ki, bu müddətdə Ermənistan yalnız Rusiyadan deyil, Fransa, Amerika, Suriya, hətta Livandan belə həm silah-sursat, həm də canlı qüvvə yardımı alıb. Bəli, biz böyük qüvvələrlə döyüşmüşük.
Bilirsiniz, elə bir zaman gələcək ki, ermənilər bugünkü havadarlarını itirəcəklər. Çünki həyatda heç nə əbədi deyil. Ermənistan dövləti vəziyyətin ciddiliyini gözəl anlayır. Lakin bunu təsdiq etmək üçün bir tərəfdən öz alçaq xislətləri mane olursa, digər tərəfdən də havadarların təzyiqi onları çıxılmaz duruma salır. Lakin ermənilər də, digərləri də Azərbaycanın gec-tez bu torpaqları geri alacağını bilirlər.

-Sizcə, hansı hadisələr baş versəydi torpaq niskilimiz olmazdı?

-Həmişə bir fikirdə olmuşam və bugün də öz qənaətimdə qalıram: ümummilli liderimiz Azərbaycanda olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki o, həm uzaqgörən bir rəhbər, həm də dünya şöhrətli siyasətçi kimi öz nüfüzündan, təsir dairəsindən çıxış edəcək və vəziyyətin bu həddə çatmasına imkan verməyəcəkdi.
“Müsavat”, AXCP və digər qurum rəhbərlərinin özbaşınalığı, hərc-mərcliyi Laçının verilməsinə səbəb oldu

-Əhmədəli həkim, şeir-sənətə münasibətiniz necədir? Təbii ki, Qarabağ deyəndə, Cabbar əmini, Xanı, Seyidi xatırlamamaq olmur. Amma Laçın, Kəlbəcər, İrəvan deyəndə ruhumuz saz havasına köklənir. Bu incəsənət növlərindən hansına könül vermisiniz?

-Bəli, muğamı da, şeiri də, saz havalarını da sevirəm. Musiqi bilicisi olmasam da, həm klassik muğamlarımızı, həm də aşıq havalarını bütün varlığımla duyuram. Təbii ki, gənc çağlarımda mənim də könlümdən şeir yazmaq keçib. Amma düşünəndə ki, mən Səməd Vurğun səviyyəsinə heç vaxt ucala bilməyəcəyəm, bu istəkdən vaz keçmişəm. Düşünürəm ki, hamının şeirlə, sənətlə məşğul olması vacib deyil. Bütün bilik və bacarığımı tibb sahəsinə, doğma sumqayıtlıların sağlamlığı keşiyində durmağa sərf etməyə çalışmışam.

-Məncə, söhbətimiz çox səmimi alındı. Ancaq hər bir işin əvvəli olduğu kimi, sonu da olmalıdır. Təəssüf ki, bunu bizdən zaman tələb edir. Sonda Manevr.az (Sumqayıtfakt) saytının oxucularına nə demək istərdiniz?

-Nailə xanım, siz məndən ölkəmizdə vacib tədbirin: İslam həmrəyliyi oyunlarının keçirildiyi bir vaxtda müsahibə alırsınız. Sovetlər İttifaqı dağılanda Azərbaycanı çox az ölkə tanıyırdı. Ancaq indi dünyada elə bir təşkilat, elə bir qurum, elə bir dövlət yoxdur ki, orada bizi tanımasınlar. Əlbəttə, bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir. Ölkəmiz böyük iqtisadi, siyasi uğurlara imza atmış və indi də atmaqdadır. Xüsusilə, üzümü gənclərə tutub, onları prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Hal-hazırda bizim bir dərdimiz: Qarabağ problemimiz var. Onu isə ancaq birlikdə, yekdil olmaqla azad etmək mümkündür. Sizə isə dərin təşəkkürümü bildirirəm.

-Doktor, mən də öz adımdan, əməkdaşı olduğum Manevr.az saytının rəhbərliyi və kollektivi adından Sizə minnətdarlığımı bildirirəm. Tezliklə Laçında görüşmək arzusuyla, sağ olun.

Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar