Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında qərargah rəisi olmuş keçmiş döyüşçü 25 il əvvəlin 15 mayından danışdı: "Çingiz Mustafayevə dedim ki, bacarırsan, get çək!"

Tarix: 15-05-2017 17:36     Baxış: 41 130 A- / A+
Laçında qərargah rəisi olmuş keçmiş döyüşçü 25 il əvvəlin 15 mayından danışdı:


Bir neçə gündən sonra Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.
1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.


Modern.az saytının Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyevdir. Polkovnik-leytenant R.Nağıyev 1992-ci ildə 811 nomrəli hərbi hissənin alayında qərargah rəisi olub, atəşkəsə qədər ayrı-ayrı döyüş bölgələrində vuruşub.
O, 1992-cü ilin 15 mayını ürək ağrısı ilə xatırlayır...


Turşsudan qaçan qüvvələr...

-Mayın 15-i günü Laçında vəziyyət çox gərgin idi. Hətta, mayın 15-i bəlli idi ki, Turşsudan hücum olacaq. Amma bu həqiqəti heç kəs görmək istəmirdi. Reyd dəstəsinin komandiri Xaqani Rüstəmov vardı. Onun texnikası vuruldu və özü şəhid oldu. O vaxt briqada komandiri Elbrus Orucov məhkəmə prosesində də qoşunlara əmr verdiyini etiraf etmişdi. Bir sözlə, ermənilərin heç bir hücumu olmadan hərbçilərimiz Turşsuyu tərk etmişdilər. Bununla da Turşsu döyüşsüz düşmənin əlinə keçdi. May ayının 7-dən 18-nə qədər Laçın şəhəri və ətraf kəndlər ağır artilleriya hücumuna məruz qaldı. 15-i günü Laçında olan qüvvələr və Laçın alayının üzvləri rayonun 35 km-lik təmas xəttini müdafiə edirdi. Şuşanın işğalından sonra Turşsudakı qüvvələr, 777 saylı hərbi hissə, iki-üç reyd dəstəsi, OMON və polis dəstələri vardı. Onlar geri qayıtmaq əvəzinə, müxtəlif yollarla Qubadlı istiqamətində qaçmışdılar. Həmin vaxt çox yaxşı xatirimdədir. Qaçan qüvvələrin qarşısını kəsib dedik ki, qaçsanız, sizi güllələyəcəyik.

“Mütəllibovun qüvvələri niyə Laçına xəyanət etdi?!”

Rafiq Nağıyev deyir ki, eks-prezident Ayaz Mütəllibova tabe olan qüvvələri yaxşı silahlanmışdı.
-Əslində, vəziyyət başqa cür olub. Laçından qaçan ordu birləşmələrinin rəhbərləri demişdilər ki, “bizi bura Ayaz Mütəllibov göndərib. Mütəllibovu devirdilər, biz də Bakıya qayıdırıq”. Həmin qüvvələr Laçının müdafiəsi uğrunda bizə heç bir köməklik göstərmədilər. Xəbərdarlıq etmədən qəfil bizi tək qoyub arxamızdan geri çəkildilər. Xəbərdarlıq etsəydilər, müəyyən qüvvələrimizi təhlükəli əraziyə yerləşdirə bilərdik. Onların qəfil geri çəkilməsi vəziyyəti kritik həddə çatdırdı. Qüvvələrimiz o boyda ərazini təkbaşına müdafiə etmək iqtidarında deyildi. Bizim qüvvələrin silahlanma məsələsi sıfır idi. Amma Turşsudan, Şuşadan çıxan qüvvələr BMP, BTR, tank əleyhinə ağır artilleriyaya sahib idilər. Özləri ilə birgə həmin hərbi texnikanı da aparmışdılar. Əminliklə deyə bilərəm ki, əgər o qüvvələr Turşsuyu tərk etməsəydilər, Laçın işğal oluna bilməzdi. Mayın 15-i, 16-sı, 17-si, 18-i Laçını müdafiə etmişik. Böyük itki versək də, Laçını qorumağa çalışmışıq.


Laçında qərargah rəisi olmuş keçmiş döyüşçü 25 il əvvəlin 15 mayından danışdı:


General Şahin Musayevin laqeyd cavabı...

Müsahibimiz deyir ki, general Şahin Musayev Laçının işğalından sonra çıxıb getməyi məsləhət görüb.

“Şuşanın işğalı ərəfəsində baş qərargah rəisi, general Şahin Musayevlə bir neçə dəfə əlaqəmiz olmuşdu. Şuşanın işğalı dövründə Şuşanın işğal olunacağını dedim. O da cavabında “boş söhbətlərdi” söylədi. Hətta mayın 11-də Şuşanın işğal olunması barədə məlumat verərkən dedi ki, orda panika yaratma, yoxsa, səni güllələdəcəm. Mayın 18-də Laçının Güləbird kəndində Şahin Musayevlə yenə görüşdük. Dedik ki, vəziyyəti görürsünüz, laçınlılar nə etsinlər? O da belə cavab verdi: “Silahlarını təhvil verib, evlərinə getsinlər”.
Mən də dedim ki, Laçının bu qədər kəndi var. Biz onları müdafiə edirik. Laçın getsə, Qubadlı da gedəcək axı. Şahin Musayevin isə cavabı qısa və konkret oldu. “Erməniyə koridor lazım idi, onu da açdılar. Çıxın gedin!”.

Laçın alayının ləğvi... Rəhim Qazıyev nəyə qol çəkmişdi?!

Keçmiş döyüşçü deyir ki, Laçın rayonunun işğalı aprel ayında da gerçəkləşə bilərdi.

“Aprelin 30-da Laçın alayı ləğv olunmuşdu. Alayın ləğv olunmasına o zamankı müdafiə naziri Rəhim Qazıyev gözüyumulu qol çəkmişdi. Laçın alayı hüquqi olaraq ləğv olunsa da, biz onu qoruyurduq. Sonrakı məhkəmə prosesində də Rəhim Qazıyev Şahin Musayevin alayın ləğvi ilə bağlı işində iştirak etdiyini etiraf etmişdi. Yadımdadır ki, Şahin Musayev bizə deyirdi ki, silahları təhvil verib evinizə gedin. Amma biz silahları təhvil vermədik. Silahları təhvil verib getsəydik, Laçının işğalı aprel ayında gerçəkləşəcəkdi”.

“Çingiz Mustafayev Laçında döyüş lentə almayıb”

Müsahibimiz deyir ki, indiki vaxtda o dövrü analiz etmək asandır.

“Bu gün 1992-ci ildə baş verənləri analiz etmək asan gəlir. Laçından qaçan qüvvələr yaxşı silahlanmışdı. Amma onlara deyə bilməzdik ki, silahları bizə verin və gedin. O vaxt silahı əlində olan şəxs deyirdi ki, bunu öz adıma almışam, heç kimə verə bilmərəm. Ona görə də onları tərk-silah etmiş olsaydıq, özümüz özümüzə qarşı atəş açmış olardıq.
Digər bir məsələ isə Laçının işğalı ərəfəsində Çingiz Mustafayevlə görüşməyimizdir. Mayın 15-dən 16-na keçən gecə Çingiz mənim yanımda idi. Dedi ki, ona bir az qüvvə qoşaq ki, döyüş aparsınlar, o da çəkiliş edib, Bakıya qayıtsın. Ona dedim ki, çəkmək istəyirsənsə sərhəd bölgəsində döyüş gedir, get çək.

Çingizin kadrlarında belə bir epizod var. Deyir ki, “bu gün ayın 16-sıdır. Laçının müdafiəsi uğrunda heç bir döyüş getməyib”. Bunlar yalan məlumatlardır. Mayın 15-i, 16-sı, 17-si Laçın uğrunda döyüş gedib. Sadəcə, Çingizgil çəkiliş üçün orada saxta döyüş təşkil etmişdilər. Qradın atəş məsafəsi 17-18 km-dir. Avtomatın da atəş məsafəsi 800, nişan məsafəsi 1000 metrdir. Deməli bir istiqamətə həm avtomat atır, həm də Qrad. Laçınlılar da bilir ki, çəkiliş gedən yer ermənilərin olmadığı yerlərdir. Çingiz Mustafayev Laçında heç bir döyüş əməliyyatını çəkməyib. Onu da deyim ki, həmin vaxt Çingizi Şakir Eminbəyli çəkirdi”.


Namidə BİNGÖL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar