Xəbər lenti
Almaniyalı alim Fransa prezidentinə yazdığı müraciətini Yelisey sarayına göndərib
Almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa prezidenti Emmanuel Makrona yazdığı müraciətini Yelisey sarayının rəsmi elektron poçt ünvanına göndərib, burada sosial şəbəkədə paylaşacağını qeyd edib, daha sonra özünün Facebook sosial şəbəkəsindəki şəxsi hesabında yerləşdirib.
M.R.Hess müraciətlə bağlı “Real” televiziyasının suallarını cavablandırıb və Emmanuel Makronun bu il oktyabrın 14-də “France 2” telekanalına verdiyi müsahibədə başqa mövzularla yanaşı Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı səsləndirdiyi ziddiyyətli fikirlərə münasibət bildirib: “Emmanuel Makron deyir ki, Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişədə vasitəçi kimi meydanda olmaq istəyir. Daha sonra əlavə edir ki, Fransa həmişə ermənilərin tərəfində olub və onları dəstəkləyib. Bu məntiqi cəhətdən ziddiyət təşkil edir, çünki bir adam, bir dövlət, bir müəssisə eyni anda vasitəçi, tərəfsiz və tərəfli vəziyyət ala bilməz, bu mümkün deyil”.
Alman alim, həmçinin, hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzluğunun səbəblərindən biridir.
E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa Prezidentinin “Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı” sözlərini misal gətirir, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladır.
M.R.Hess “müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi” barədə Fransa Prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verir, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladır.
Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma “erməni genosidi”ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirir: “ Emmanuel Makron deyir ki, 1915-ci ildə erməni soyqırımı olub və biz Ermənistanı buna görə qorumalıyıq. Makron bu hadisələri 2020-ci ildə başa çatmış münaqişəyə bağlayır. Azərbaycan ərazilərinə qarşı erməni iddiaları isə 1987-ci ildən etibarən kəskinləşib. Guya arada türklərin, ya da başqalarının elədiyi hadisə davam edəcəkmiş və nəticədə Qarabağ münaqişəsinə gətirib çıxaracaqmış. Məncə, bu mümkünsüzdür. Çünki “soyqırımı” (bunu başqa sözlə qəbul etsəm də) ən gec 1920-ci illərdə qurtarıb. Sovet hakimiyyəti illərində isə belə hadisələr olmayıb, ola da bilməz”.
Qafqaz regionunu uzun illər tədqiq edən və bu yaxınlarda “Şuşanın irsi” kitabını nəşr etdirən alman alim Emmanuel Makrona müraciətində nə keçmiş münaqişə dövlətlərinin, nə də vasitəçi Fransanın vətəndaşı olduğunu, eyni zamanda onlarla heç bir etnik bağlılığının olmadığını və alim kimi müraciət etdiyini bildirib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar