Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Nişan üzüyünün güllələnmiş qanadları... ” — Emil Rasimoğlu yazır...

Tarix: 05-08-2026 23:11     Baxış: 343 A- / A+
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Bir müddət öncə yazdığım bu YAZI bu gün Vüsalə Mahirqızının doğum gününə RESENZİYA olsun:

NİŞAN ÜZÜYÜNÜN GÜLLƏLƏNMİŞ QANADLARI...
(Mətbuatın əziz xatirəsinə)

Bu gün hara baxırsan, hara göz gəzdirirsən Həsən Bəy Zərdabinin adına, fotolarına verilən işgəncənin, zülmün şahidi olmamaq mümkün deyil. Bəli, işgəncənin, zülmün!
Axı riyakarlığı, mütiliyi, məddahlığı, istismarçı ideyanı, buqələmun xarakteri, işğalçı “mənfəəti” qələmə, ilahi sözə, kağıza, missiyaya, amala daşıyıb da(!) o adın, o fotonun (hətta Həsən Bəyin qəbirüstü abidəsinin!) qarşısında dayanmaq bir ayrı mənəvi yoxsulluq effekti, bir ayrı tragikomik situasiyadır...

ELƏ ONA GÖRƏ DƏ BUGÜNKÜ GÜNDƏ illərdi ki, bu gözəlim məmləkətdə Əflatun Amaşovların, Rəşad Məcidlərin, Aynur Camalların, Vüsalə Mahirqızıların, Mir Şahin Ağayevlərin... və bu kimi “mətbuata divan tutmuşlar fəsli”nin (VƏ YA “mətbuata divan tutulmasına şərait yaratmışlar karvanı”nın!) mənsublarının sayəsində Şirməmməd Hüseynovun məzarından Aynur Camalın nişan üzüyünün güllələnmiş qanadlarına qədər büsbütün strukturu, quruluşu, düzəni, xarakteri, yolu, izi... travmalı, qəzalı, hətta mutasiyalı vəziyyətə gəlib çıxmış Azərbaycan mətbuatının (indiki halda mədhbuatının!) Sibir taleyindən VƏ YA Nargin adasına necə düçar olmasından söz açmaq daha çox yerinə düşərdi!.. Dediyim kimi, xüsusən də məhz bugünkü gündə... bugünkü günsüzlükdə!

Zaman – zaman mətbuatı, mətbu mahiyyəti, mənşəyi, dəyərləri dar ağacına aparanlar, İsa çarmıxına sürükləyənlər, hətta aparılmasına, sürüklənməsinə imza atanlar... sonra da o dar ağacının kölgəsində “azadlığa xəyanət” simfoniyasını bəstələyə-bəstələyə amansızcasına “dincələ” bildi... “dincəlməyi” bacardı! Bəlkə də(!) elə təslimçi bütpərəstlər qəbilindən boylananlar “dincəlmək” üçün mətbuatı dar ağacına apardı, İsa çarmıxına sürüklədi... aparılmasına, sürüklənməsinə imza atdı!

Mən o mətbuatdan, o mətbuat simasından, üzündən, görkəmindən, o mətbuat zatından danışıram ki, yalnız (və yalnız!) ONURĞALI SÖZÜN (“jurnalist onurğası”nın!), AZAD DƏRKİN, AYDIN FİKRİN, İLAHİ PEŞƏKARLIĞın varlığına söykənsin, söykənə bilsin(!)... daha az öncə adlarını çəkdiklərimin təngnəfəs olduğu “əsarət qatarı”nın şəxsində “maraqların” mütəkkəsinə dirsəklənməsin, Həsən Bəylərin irsinə Lefortovo zindanını yaşatmasın!

Bəli, məhz Lefortovo zindanını!

Bu gün Əflatun Amaşovların, Rəşad Məcidlərin, Aynur Camalların, Vüsalə Mahirqızıların, Mir Şahin Ağayevlərin... və bu kimi “mətbuata divan tutmuşlar fəsli”nin itaətkar üzvlərinin “mövqeyi”, “iş prinsipi” Həsən Bəylərin irsinə Lefortovo zindanını yaşatmağa xidmət edir!

Elə bu baxımdan da çox az qism mətbuat, media nümayəndəsi və az qism mətbu orqan istisna olmaqla(!)... öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin, təbiətinin!) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!)... bir çox əliqələmlilərin, mətbuat, media nümayəndələrinin “fəaliyyətinin” nəticəsi olaraq anası ağlar günə qoyulan, həmçinin zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, məddahlıqla eyni zamanda, “maraqların diqtəsi” ilə genetikası zədələnib, surəti dəyişdirilmiş çağdaş mətbuatın (indiki halda mədhbuatın!) necə deyərlər, ələyi ələnib, xəlbiri də Tanrını axtarır...

...Bir gün bütövlükdə məhz o ələyin gözlərində Tanrının tapılması ümidilə özünü diri və duru saxlayan əlahəzrət qələm(lər)ə sayğılar!

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar