Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxslər həbs olundu

Tarix: 03-08-2026 14:47     Baxış: 328 A- / A+
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Manevr.az xəbər verir ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 
İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. 
Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar