Xəbər lenti
Cavid Fərzəlinin "KİRPİ"si
Cavid FərzəliKirpi
Bükülüb içindəki səsinə susur,
Geyinir məsum şəkillərini,
Ayaqlarını yollardan gizlədib
Ovuclarına yumurlanır bu kirpi.
Gecənin dibində ayaqlayır ay işığını,
Qaranlıq batır gözlərinə,
Küçənin soyuğuyla bələyir yuvasını.
Sən elə qandallı kirpisən,
Boyunu azadlıqdan gizləyirsən.
İnadkar qabığında yaşayarsan,
Hər addımın ucunda ötərsən şeytanın gözündən.
Kölgən qaçar güzgülərdən.
Ürəyinin səhərində
Bir işığın dərisini soyarsan.
Dünyada bir sevgi taparsan,
Tikanlarınla yaralayarsan,
Sabahın günəşini qanadarsan.
Nə bu şəkildən köçə bilərsən,
Nə də kül heykəllərə boyun əyərsən.
Bu məhbus tikanlar
Qatil böyüdər səni.
Qucaqladıqca kirpi yaddaşını,
Qucağını yaralayarsan.
Bahar çəkilər ürəyindən,
Sınıq gülüşlərin tökülər ağzından.
Gözlərin yer üzünün çirkli pəncərəsidir,
Əsir olarsan kirpi köynəyinə.
Kəpənək yükünü daşıyarsan.
Bir payızın arxasında
Duman çəkilər gözlərinə,
Bir günah tapıb gəmirər içini.
Qatlanıb yumruq kimi,
Möhtac olarsan lal dizlərinə.
Qorxuların dikilər üzünə,
Qanadların qarışar yarasa qanadlarına.
Küçələr daşlayar səni,
Dalanbadalan,
Küçə-küçə...
Dünyada kürəyini söykəyəcəyin
Təkcə çiyinlərin qalar.
Hələ də canında çiçəkləyər
Həsrət sancıların.
Yaşayarsan əsarət dişlərinin arasında.
Ovuclarını doğma bildiyin
Küləklər yaralar səni.
Bulud-bulud tikanların
Ləpir salar yoluna.
Yetim yağışlara ev olarsan,
Yenə ürəyinə sığmazsan.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























