Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİ

Tarix: 02-08-2026 08:56     Baxış: 323 A- / A+
Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİAğdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib.

Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir.

Bəs ərazidə bu sayda ilanın bir araya gəlməsi nə ilə bağlıdır? Bu, normal haldırmı? İlanların öldürülmədən ərazidə qalması gələcəkdə onların sayının artmasına və yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaratmasına səbəb ola bilərmi?

Canlı Sistemlərin Tədqiqi İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərovun sözlərinə görə, ilanların bu cür kütləvi şəkildə bir araya gəlməsi su ilanları üçün xarakterikdir. Onun sözlərinə görə, su ilanları çoxalma və cütləşmə dövründə belə qrup halında toplaşa bilirlər.

"Bu hal adətən dənizdəki adalarda və arxipelaqlarda müşahidə olunur. Ətraf ərazilərdə məskunlaşan su ilanları çoxalma vaxtı adada bir yerə toplaşırlar. Bəzən yüzə qədər və daha çox sayda ilan belə qrup halında bir araya gəlir.

Bu hadisə Ağdamda baş verib. Yəqin ki, yaxınlıqda su ərazisi var. Çoxalma və cütləşmə dövrü ilə əlaqədar olaraq belə bir kütləvi toplanma baş verib. Mənə elə gəlir ki, bunlar su ilanlarıdır. Cütləşmək üçün quruya çıxaraq partnyor axtarırlar", - deyə o bildirib.

T. İskəndərov qeyd edib ki, su ilanları yuxarıdan baxdıqda müxtəlif rəng və naxışlarda görünə bilirlər.

"Əslində, rəng və naxışları fərqli olsa da, bunlar su ilanlarıdır. Videoda ilanları yaxından və dəqiq görmək mümkün deyil, amma bu xüsusiyyət məhz su ilanlarına xasdır", - deyə o əlavə edib. trend 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar