Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Köçəryan Qarabağa görə Rusiyaya bunu vermişdi - Atanesyan

Tarix: 31-07-2026 21:43     Baxış: 327 A- / A+
“Ermənistan Dəmir Yolları” 2008-ci il fevralın 13-də - prezident seçkilərindən altı gün əvvəl “Rusiya Dəmir Yolları”nın idarəçiliyinə verilib”.

Bunu Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Vahram Atanesyan deyib.

Politoloq bildirib ki, müvafiq razılaşma o vaxtkı prezident Robert Köçəryanın hakimiyyəti yaxın silahdaşı Serj Sərkisyana ötürülməsinə Rusiyanın razılığını almaqla bağlı olub:

“Təkcə bu fakt həmin sazişi hakimiyyətin ötürülməsi məsələsinə loyallıq müqabilində ölkənin milli mülkiyyətinin və onun idarəçiliyi üzrə suveren hüququnun başqa dövlətə - Rusiya Federasiyasına verilməsi kimi qiymətləndirmək üçün kifayətdir.

Üstəlik, bu, (keçmiş) Qarabağ münaqişəsinin mərhələli həlli variantının rədd edilməsindən və Levon Ter-Petrosyanın istefasından düz on il sonra baş verdi. Dəmir yolunun idarəçiliyini Rusiyaya verməklə İrəvan Bakıya və beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin həll olunmayacağı barədə açıq siqnal göndərdi.

Təsadüfi deyil ki, artıq Serj Sərkisyanın prezidentliyi dövründə dəmir yolunun Mehri hissəsi söküldü. Bu, Ermənistanın “regionun kor bağırsağı”na çevrilməsi ilə bağlı mesaj idi. “Kor bağırsaq” isə müəyyən şəraitdə iltihablana və çıxarıla bilər. 44 günlük müharibə də bu baş verdi”.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan iyulun 30-da növbəti dəfə Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı açıqlama verib. Baş nazir bəyan edib ki, Rusiya ilə bu məsələ dostluq şəraitində həll edilməsə, arbitraj məhkəməsinə müraciət edəcəklər.

Həmçinin Nikol Paşinyan bu ilin fevralında Rusiya və Ermənistanla dost münasibətləri olan bir ölkənin ölkənin dəmir yollarının güzəştli idarəetmə hüquqlarını ala biləcəyini açıqlayıb. Ermənistan hökumət başçısı Azərbaycan və Türkiyə ilə dəmir yollarının bərpası üçün bunun önəmli olduğunu bildirib. teleqraf.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar