Sizin Reklam Burada
Xəbər lenti
29-07-2026
28-07-2026
BÜTÜN XƏBƏRLƏR

Naibə Allahverdiyeva həkim səhvinin qurbanı oldu - Türkiyəyə yollandı

Tarix: 30-07-2026 13:58     Baxış: 434 A- / A+

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb.
Manevr.az xəbər verir ki, aktrisa ayağında yaranan ciddi sağlamlıq problemi ilə bağlı axşam.az-a danışıb.
Aktrisa bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:
"Ayağım üçün müalicəyə Türkiyəyə gəlmişəm. İllər əvvəl veriliş üçün rayona çəkilişə getmişdik. Orada yıxıldım. Dağın başı idi, həkim yox idi. Adi bir həkim gəldi, amma heç nə edə bilmədi. İki gün orada qaldım. Sonra başqa bir həkim gətirdilər, ayağımı dartdı, vəziyyətim daha da ağırlaşdı. İki gündən sonra məni Bakıya göndərdilər. Burada da hansısa həkimin əlinə düşdüm, amma düzgün müalicə olunmadım".
N.Allahverdiyeva bildirib ki, sonradan problemin düşündüyündən daha ciddi olduğu məlum olub:
"İndi həkimlər deyirlər ki, bir deyil, iki sınıq var imiş. İllərdir bunun əziyyətini çəkirəm. Çox ağır fəsadlar verib. Getmədiyim həkim qalmadı, hərəsi bir söz deyirdi. Amma heç biri problemin ikinci sınıqdan olduğunu bilmir. Məcbur olub Türkiyəyə gəldim. Burada mənə düzgün diaqnoz qoyulub, amma daha gecdir".
N. Allahverdiyeva əlavə edib ki, ayağındakı problem tam sağalmayacaq:
"Həkimlər dedilər ki, bununla ömrümün sonuna qədər yaşayacağam. Daim müalicə almalıyam. Ağrıları azaltmaq üçün müəyyən prosedurlar edəcəklər. Bundan əvvəlki müayinələrdə başqa həkimlər ayaq biləyimin dondurulmasını təklif etdilər, amma buna razılıq vermədim. Sınığın yaratdığı fəsadları tam aradan qaldırmaq mümkün deyil. Sadəcə müəyyən müddət ağrıları azaltmaq olar. Bunun üçün də vaxtaşırı müalicəyə gəlməliyəm".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar