Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət ittihamçısı Hüseynə 6 il həbs cəzası istəyib

Tarix: 31-07-2026 18:59     Baxış: 328 A- / A+

Rusiyada məşhur azərbaycanlı bloger Hüseyn Həsənov barəsində açılmış pul vəsaitlərinin leqallaşdırılması işi üzrə dövlət ittihamçısı 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Manevr.az xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, bu barədə blogerin vəkili Mixail Yusupov bildirib.

İttihama əsasən, Hüseyn Həsənov 170 milyon rubldan (təxminən 2,1 milyon ABŞ dolları) artıq məbləğdə vergidən yayınıb. İstintaq hesab edir ki, o, daha sonra daşınmaz əmlak alqı-satqısı müqaviləsi vasitəsilə həmin vəsaitin bir hissəsini leqallaşdırmağa çalışıb.

Bloger isə ittihamları qəbul etmir. O, daha əvvəl sosial şəbəkə hesablarında vergi borcunu tam ödədiyini açıqlayıb və məhkəmədə maraqlarının vəkillər komandası tərəfindən müdafiə olunduğunu bildirib.

Xatırladaq ki, 2025-ci ilin yazında Hüseyn Həsənov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, bloger həmin ilin fevralında Rusiyanı tərk edib. Yerli KİV onun hazırda Azərbaycanda və ya Birləşmiş Ərəb Əmirliklərində ola biləcəyini yazır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar