Xəbər lenti
Köçəryana həm rədd cavabı, həm də ödəniş qərarı
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı məhkəmə iddiası təmin edilməyib.Manevr.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın Datalex.am məhkəmə məlumatları portalında dərc olunub.
Məlumata görə, Robert Köçəryan Nikol Paşinyanın onun barəsində səsləndirdiyi iddia edilən böhtan xarakterli fikirlərin geri götürülməsini və vurulduğunu iddia etdiyi mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edib.
Lakin məhkəmə iddianı əsassız hesab edərək rədd edib.
Qərara əsasən, Robert Köçəryan Baş nazir Nikol Paşinyanın vəkil xərclərinin qarşılanması üçün 200 min dram (təxminən 550 ABŞ dolları) məbləğində ödəniş etməlidir.
Qeyd olunub ki, tərəflər qərardan narazı qaldıqları halda, onun elan edildiyi tarixdən etibarən bir ay ərzində Ermənistanın Mülki Apellyasiya Məhkəməsinə şikayət vermək hüququna malikdirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































