Xəbər lenti
Daha iki ölkənin vətəndaşları Azərbaycana vizasız səfər edə bilər
Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.Manevr.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































