Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat

Tarix: 03-08-2026 14:11     Baxış: 326 A- / A+


Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri binanın yaxınlığında aparılan işlərdən narahat olduqlarını bildiriblər.

Manevr.az xəbər verir ki, sakinlərin iddiasına görə, binanın alt hissəsində ticarət mərkəzinə metrodan keçid üçün tikinti işləri aparılır və bu proses onların yaşayış şəraitinə təsir edir. Onlar qazıntı və digər işlərin binanın təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığını qeyd edirlər.

Binanın komendantı kimi təqdim olunan İsa Talıblı isə bildirib ki, söhbət gedən ərazi binaya deyil, metro infrastrukturuna aiddir və aparılan işlərin yaşayış binasına hər hansı aidiyyəti yoxdur. 

Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən bildirilib ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, "Bakı Metropoliteni"nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar