Xəbər lenti
Vardanyanın dostuna Bakıya gəlməsi üçün görün nə qədər qonorar təklif olunub
Beynəlxalq tədbirlər bazarında tanınmış müəllif, iqtisadçı və filosofların bir saatlıq çıxışları üçün ödənilən qonorarlar adətən 150-200 min ABŞ dollarından başlayır. Dünyanın ən məşhur adları isə tədbirin formatından, ölkədən və eksklüzivlik şərtlərindən asılı olaraq 300-500 min dollar, bəzi hallarda isə bundan da yüksək məbləğ tələb edə bilirlər.
Sosial şəbəkələrdə yayılan iddialarda Talebə Azərbaycanda çıxış etməsi üçün yarım milyon dollara yaxın vəsait təklif olunduğu irəli sürülür.
Taleb Ruben Vardanyanın həbsini əsas gətirərək Azərbaycana gəlməkdən imtina etdiyini açıq şəkildə bəyan edib. Bu mövqeyi fonunda təşkilatçıların onun çıxışına israr etməsi və Talebin öz sözlərinə görə, qonorarı daha da artırması suallar doğurur.
Əgər bu iddialar həqiqəti əks etdirirsə, belə məbləği təklif edən şirkətin Azərbaycanda çox yüksək gəlirlər əldə etdiyi aydındır. Ölkəyə qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyən və ermənipərəst bəyanatları ilə seçilən bir şəxsi razı salmaq üçün yüz minlərlə dolların ona təklif edilməsi cəmiyyətdə haqlı olaraq ciddi suallar doğurur.
Görün, bu təşkilatçı qurum nə qədər fantastik gəlir əldə edir ki, ölkə resursları hesabına qazanılan böyük vəsaitləri Azərbaycanın düşmənlərinə və əleyhdarlarına səxavətlə paylamağa hazırdır. publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































