Xəbər lenti
Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibənin 2026-cı ilin qışına qədər başa çatdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.Manevr.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə səfirlərin müşavirəsi zamanı danışıb.
Ukrayna lideri qeyd edib ki, əsas məqsəd Rusiyanı sülhə məcbur etmək üçün diplomatik və digər vasitələrdən maksimum istifadə etməkdir.
"Bütün diplomatik səylərin, Ukraynanın və tərəfdaşların tətbiq etdiyi sanksiyaların nə zaman nəticə verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin təzyiq elə səviyyəyə çatmalıdır ki, Rusiyanın sülhdən başqa seçimi qalmasın", - deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna prosesin payız aylarında nəticə verməsinə çalışacaq.
Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni uzatmağa hazırlaşır, səfərbərlik və yeni hücum planları üzərində işləyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































