Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan

Tarix: 04-08-2026 08:20     Baxış: 328 A- / A+
xerite 1
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan tarixi ərazilərlə bağlı iddiaları tənqid edib.

O, bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Yeqoyan bildirib ki, tarixi keçmişə və ya ermənilərin müəyyən dövrdə kompakt yaşamasına əsaslanaraq hər hansı ərazini “erməni vətəni” elan etmək düzgün yanaşma deyil:

“Cənab Karapetyan bu tribunaya çıxıb dedi ki, Adana bizim vətənimizdir. Sual budur: hansı meyara görə? Bilirsinizmi Adana harada yerləşir? Kilikiyada. Biz vətənimizi hansı meyarla müəyyən edirik? Mənim babalarım Xoydan gəliblər. Siz dost ölkəmiz İranla görüşlərdə deyəcəksinizmi ki, Xoy bizim vətənimizdir?

Yaxşı, təsəvvür edin ki, Gürcüstandan nümayəndə heyəti gəlib. Bilirsiniz ki, Lori və Taşir uzun müddət Gürcüstan çarlığının tərkibində olub. İndi Gürcüstandan bir deputat gəlib desə ki, Taşir mənim vətənimdir, çünki filan ildə Gürcüstanın tərkibində olub, onda necə olacaq?”

A.Yeqoyan Türkiyəyə ərazi iddialarından da danışıb:
“Türklərə desəniz ki, Adana bizim vətənimizdir, onlar nə düşünəcəklər? Elə bilirsiniz ki, tarix və tarixi vətən yalnız bizdə var? Burada Ərəb xilafəti də olub. İndi hansısa ərəb dövləti gəlib desə ki, bura bizim vətənimizdir, necə olacaq?” globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar