Sizin Reklam Burada
Xəbər lenti
27-06-2026
26-06-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Venesuelaya xilasedicilər göndərdi

Tarix: 28-06-2026 10:30     Baxış: 322 A- / A+
Türkiyə zəlzələdən zərər çəkən Venesuelaya xilasedicilər göndərdi
Türkiyədən yola düşən axtarış-xilasetmə qrupları güclü zəlzələlərin baş verdiyi Venesuelanın paytaxtı Karakasa çataraq xilasetmə əməliyyatlarına hazır olduqlarını açıqlayıblar.
Manevr.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi (AA) məlumat yayıb.
Bildirilib ki, iki hərbi nəqliyyat təyyarəsi ilə Karakasdakı Simon Bolivar Beynəlxalq Hava Limanına çatan Türkiyə heyətini ölkənin Venesueladakı səfiri Naci Aydan Karamanoğlu qarşılayıb.
Səfir bildirib ki, Venesuelada 125 ildən sonra ilk dəfə 7,2 və 7,5 bal gücündə ardıcıl iki güclü zəlzələ baş verib. Onun sözlərinə görə, fəlakət genişmiqyaslı dağıntılara səbəb olub və xüsusilə hava limanının yerləşdiyi La Quayra ştatında vəziyyət ağırdır.
Karamanoğlu qeyd edib ki, dağıntılar Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin mənzərəsini xatırladır. O, Venesuela hakimiyyətinin Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdiyini də vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqadasının komandanı, briqada generalı Mehmet Bahtiyar isə bildirib ki, ölkəyə tam təchizatlı axtarış-xilasetmə qrupu və dörd xilasedici itlə gəliblər.
Onun sözlərinə görə, Türkiyə yalnız yardım və texnika deyil, həm də türk xalqının həmrəyliyini və dəstəyini Venesuela xalqına çatdırıb.
AFAD-ın Denizli üzrə müdir müavini Haluk Önay Erten də açıqlamasında bildirib ki, BMT tərəfindən akkreditə olunmuş ağır səviyyəli axtarış-xilasetmə qrupu bölgədə 24 saat fasiləsiz fəaliyyət göstərəcək. O qeyd edib ki, heyətdə UMKE tibb qrupları və Türk Qızıl Ayının nümayəndələri də yer alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar