Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
16-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda övladını dənizdə boğaraq öldürən şəxs qərardan narazıdır

Tarix: 17-04-2026 23:23     Baxış: 323 A- / A+
Ali Məhkəmədə Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.

Məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, məhkum şikayətində barəsində olan cinayət işinə düzgün baxılmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarının təkrarən araşdırılmasını xahiş edir.

Müdafiə tərəfi onun psixoloji vəziyyətinin normal olmadığını və əməlini dərk etmədiyini qeyd edərək şikayətin təmin olunmasını istəyib.

Məhkəmə isə kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, 2024-cü il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. pavda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar