Xəbər lenti
Marsda həyat əlaməti tapıldı

ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) “Perseverance” roveri qədim Mars süxurlarında gözlənilməz dərəcədə yüksək həcmdə nikel tapıb. Bu, milyardlarla il əvvəl mövcud olmuş çox zəngin kimyəvi mühiti göstərir.
Manevr.az xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.
Neretva-Vallis vadisində əldə edilən tapıntı Yer kürəsində bəzən mikrobioloji aktivliklə əlaqələndirilən mineral formasiyaları xatırladır. Bu, Marsda həyatın mövcud olduğunu sübut etmir, amma uzun illərdir davam edən elmi araşdırmalara yeni element qazandırıb.
2021-ci ilin fevralında eniş etdikdən sonra “Perseverance” eni 45 kilometr olan və vaxtilə göl olduğu hesab edilən Jezero kraterini araşdırır. Perdyu Universitetindən doktor Henri Manelski və komandası bildirir ki, kraterdə qədim su fəaliyyətinin izləri - çay yataqları və çöküntü qatları aydın görünür.
Bəhayət, rover yaşı təxminən 3 milyard il olan çöküntülərin qorunduğu qədim çay deltası - Neretva-Vallisə çata bilib.
Süxurların analizi üçün “Perseverance” lazer alətləri, infraqırmızı sensorlar və rentgen cihazlarının kombinasiyasından istifadə edib. Analiz edilən 126 süxurdan 32-də nikel aşkar edilib.
Manelskinin sözlərinə görə, nikel bir qayda olaraq Yer və Marsda mikroelement sayılır. Çünki planetlərin formalaşması zamanı nüvəyə böyük həcmdə nikel sızıb.
“Planetin səthində aşkar etdiyimiz bu qədər yüksək həcm həmin süxurların necə formalaşdığı və sonradan necə dəyişdiyi barədə unikal məhdudiyyətlər qoyur”, - tədqiqatçı vurğulayıb.
Bu, Marsın ana süxurlarında indiyə qədər ölçülmüş ən yüksək nikel səviyyəsidir. Bu element dəmir sulfid mineralları və jarozit, akaqanit kimi sulfatlarla birlikdə müşahidə olunur ki, onlar süxurların tədricən parçalanması nəticəsində yaranır.
“Yer kürəsində nikellə zəngin dəmir sulfid qədim çöküntü süxurlarında müşahidə olunur. Dəmir sulfid oksigenlə zəngin mühitdə asanlıqla aşınır, buna görə də onun qədim Yer süxurlarında mövcudluğu erkən atmosferin oksigen baxımından çox yoxsul olduğuna dair dəlillərdən biridir”, - Manelski izah edib.
Tədqiqatçıları həmçinin bu Mars minerallarının Yer kürəsində geniş yayılmış dəmir sulfid - piritə çox bənzəməsi təəccübləndirib. Belə formasiyalar Yerdə tez-tez, xüsusilə oksigenin az olduğu mühitlərdə mikrobioloji proseslərlə əlaqələndirilir.
Həmin bölgədə həmçinin dəmir sulfidlər üzvi karbon birləşmələri ilə birlikdə aşkar edilib. Bu kombinasiya bioloji aktivliklə bağlı, amma sırf kimyəvi reaksiyaların nəticəsi də ola bilər.
“Nikellə zəngin süxurların mövcudluğu göstərir ki, əgər erkən Marsda canlı orqanizmlər mövcud olubsa, nikel onların istifadə edə biləcəyi formada mövcud ola bilərdi”, - elm adamı qeyd edib.
Nikelin mənbəyi hələlik məlum deyil. Alimlər onun vulkanik süxurların parçalanmasından və ya nikel baxımından zəngin meteoritlərdən qaynaqlana biləcəyini ehtimal edirlər. Mənbəni müəyyənləşdirmək və onun bu bölgədəki üzvi maddələrlə mümkün əlaqəsini araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































