Xəbər lenti
Baharın söz otağı
Söz otağına toplaşanları AYB-nin Mingəçevir bölməsin sədri, çağdaş poeziyamızın tanınmış şairi İsmayıl İmanzadənin vacib işi olduğuna görə Məmməd Mərzili salamladı. O, İsmayıl müəllimin salamlarını yazarlara çatdırdı. Sonra vaxtsız dünyasını dəyişmiş şairə Minarə İsgəndərlinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə iştirak edən yazarlardan Bəhmən Gülövşəli, Namiq Zaman, Əhməd Əfsun, Eldəniz Cəfəroğlu, Ağabala Salahlı, Mikayıl Yusifli, Mehman Rəsulov, Mehman Məlikov, Mahir Musa, Elçin Məhərrəmli, Vahid Bəkiroğlu və Məmməd Mərzili vaxtsız dünyasını dəyişən Minarə İsgəndərli ilə olan xatirələrindən danışdılar. Sonra hərə öz yazdığı yeni şeirlərindən nümunələr səsləndirdilər.
Yazarlar bu görüşdə istedadlı şair, yazıçı Elşən Əzimin təsis etdiyi, yeni çapa hazırlanan "Söz odası" jurnalına da öz münasibətlərini bildirdilər. Elə bu görüşdə jurnala abunə oldular. Sonda Məmməd Mərzili görüş iştirakçılarına uğurlar arzuladı!
Məmməd Gürşad oğlu
Şair-Publisist, AJB-nin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































