Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan 5 postu Azərbaycana TƏHVİL VERDİ

Tarix: 16-04-2026 13:12     Baxış: 435 A- / A+
Ermənistan Silahlı Qüvvələri 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.  
Manevr.az modern.az-a istinadən xəbər verir ki, proses Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri istiqamətində baş tutub.
 
Ermənistan tərəfi bir sıra irəli mövqeləri və ən azı 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
 
Bu addımın 2024-cü ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunmuş razılaşmalar zamanı baş tutduğu məlumdur.
 
Ümumiyyətlə qeyd olunmalıdır ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana dinc yolla qaytarılması ilk növbədə, Azərbaycanın Vətən müharibəsi zamanı qazandığı tarixi Qələbənin nəticəsidir.
 
Məhz 44 günlük müharibədə əldə edilən hərbi-siyasi üstünlük Azərbaycanın dövlət sərhədlərinin hüquqi əsaslarla bərpası və delimitasiya-demarkasiya prosesinin başlaması üçün real zəmin yaratdı. Bu baxımdan Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunan nəticələr 2020-ci ildə qazanılmış Qələbənin strateji davamı kimi qiymətləndirilməlidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar