Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda qardaşını körpəsinin gözü önündə öldürən şəxsə HÖKM OXUNDU

Tarix: 15-04-2026 21:36     Baxış: 354 A- / A+
Bakıda qardaşını körpəsinin gözü önündə öldürən şəxsə HÖKM OXUNDU
Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Amin Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Məlumaat görə, 1996-cı il təvəllüdlü Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra Polis Şöbəsinə gedib. O, qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

İddialara görə, hadisə mülk bölgüsü ilə əlaqədar olub.

Amin Nuriyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar