Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Oğuzda piknik zamanı DAVA: dostların zarafatı QANLA BİTDİ

Tarix: 16-04-2026 17:42     Baxış: 328 A- / A+
Oğuz rayonunda piknik yerində bıçaqlanma hadisəsi olub.

Hadisə şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə qeydə alınıb.

İttiham aktına görə, 40 yaşlı Uğur Xəlilov (ad və soyad şərtidir) iki dostu ilə birgə Oğuza istirahətə gəliblər. Onlar əvvəlcə Xalxal şəlaləsini gəzib sonra şəhərə piknik yeri axtarmağa başlayıblar. Dostlar soruşa-soruşa şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə piknik yeri tapıblar. Burada sükan arxasında olan dostdan başqa digər ikisi 700 qram araq içiblər. Sonra dostlar arasında zarafatlar başlayıb və bu zarafat qarşı tərəfin Uğura şillə vurması ilə davaya çevrilib. Uğur dostunun bu hərəkətindən əsəbiləşərək onunla əlbəyaxa olub və dalaşa-dalaşa piknik kafesinin mətbəxinə gediblər. Mətbəxdə dostu Uğurun qarnına təpik vurub. Uğur isə stolun üstündən bıçağı götürərək dostunun qarın və bud nahiyələrinə xəsarət yetirib.

Hadisə ilə bağlı Uğur Xəlilov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və dostu ilə barışmasını deyərək, barəsində amnistiya aktının tərtib olunmasını xahiş edib.

Zərərçəkən şəxs də Uğura qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Uğur Xəlilov barəsində amnistiya aktı tərtib olunub və o, cinayət məsuliyyətindən azad olunub. lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar