Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

​Daha albalı çiçəkləri kölgələrin addımlarını daşıya bilmir - Cavid Fərzəlinin şeiri

Tarix: 26-03-2026 18:47     Baxış: 2345 A- / A+

Cavid Fərzəli


Çiçək ləkəsi

Albalı çiçəkləri tökülür yaddaşıma,
Bu yaz qızının əllərini şəhərin soyuğu yolur.
Kağız təyyarələrin qanadlarından
Bir parça göy üzü asılır...

Bu aladumanın qız vaxtında,
Qıpqırmızı yanaqları solur albalı çiçəklərinin.
Dönüb olarsan çiçək ləkəsi...
Arzuların bataqlığında yaşayarsan,
Bir küçə işığında qopub düşər qapqara addımların.

Küləklərin üzü bozarır,
Könlünü ala bilməyir qız yağışların...
Şüşədən asılmış ay işığı
Od vurub yandırır çiçəklərin ürəyini.

Neyləyim, küçələrə üsyanını sevdirə bilmədim.
Bu küskün çiçəklər
Boynunu büküb həbsxana divarında...

Günahların dərisini soyur
Kəpənək yaddaşından ayrı düşmüş bir qızcığaz.
Ağrılarının qucağında böyüdür şəkillərin ləpirini.

O qız pəncərəyə göz ləkəsi salır,
Hər axşam bir az da uzağa vurulur xəyalı,
Bir payız evi gizləyir aynalarda.

Daha albalı çiçəkləri
Kölgələrin addımlarını daşıya bilmir.
Bu yaz da şəhərin buz yaddaşında,
Bir körpə... çiçək ləkəsi bəsləyir.

Manevr.az

Min dərdə dərman  “ağ çiçəyim”- Ağacda bitən can dərmanı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar