Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Çində dəniz məhsullarında görmə itkisinə səbəb ola bilən virus aşkarlandı

Tarix: 15-04-2026 08:58     Baxış: 445 A- / A+
Çin alimləri krevetka və balıqlarda insanlara yoluxa bilən və nadir göz xəstəliyi yaradan yeni POH-VAU virusunu aşkarlayıblar.

Bu barədə "Nature Microbiology" jurnalında dərc olunan tədqiqatda bildirilir.

Mütəxəssislərin rəyinə əsasən, virusa yoluxma çiy dəniz məhsullarının istehlakı zamanı baş verə bilər. Yoluxmuş xəstələrin 70%-dən çoxunda davamlı göz hipertenziyası (gözdaxili təzyiqin artması) qeydə alınıb. Bu hal güclü iltihabla müşayiət olunur və bəzi hallarda görmənin tamamilə itirilməsinə səbəb ola bilər.

Müəlliflər qeyd edirlər ki, əvvəllər POH-VAU tipli virusların insan toxumalarına təsir edə bilmədiyi və yalnız dəniz orqanizmləri üçün təhlükəli olduğu hesab edilirdi. Lakin yeni kəşf növlərarası keçid sərhədlərinin qeyri-müəyyən olduğunu və bu tip virusların insanlar üçün təhlükə yaratdığını sübut edir.

"Greek City Times" platformasının məlumatına görə, hazırda bu virusa qarşı xüsusi dərman preparatı mövcud deyil. Müalicə prosesi əsasən iltihabəleyhinə vasitələr və gözdaxili təzyiqin azaldılması metodları ilə həyata keçirilir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar