Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm"

Tarix: 15-04-2026 18:53     Baxış: 447 A- / A+


"Başa düşürəm ki, insanlar bunu sevdiklərindən edirlər. Lakin belə olanda mahnı dəyişilə bilər. Mahnının notu dəyişilməməlidir. Hətta tamaşalarda belə bunu edirlər. Belə olmaz, qadağandır. Süni intellektə əmr verəndə desinlər ki, notu dəyişmə".
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. O, süni intellektlə mahnılarını dəyişənləri gələcəkdə məhkəməyə verəcəyini və onlardan 50 min manat təzminat tələb edəcəyini bildirib:
"Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Mən razılaşmadım. Xahiş edirəm, diqqətli olun. Özünüzə nə istəyirsiniz, süni intellektlə yazın, amma mahnılarımızı dəyişdirməyin. Bu mənim bəyənməyimlə bağlı deyil, qanundur. Bəstəkar notu yazıb. Hüquqlar pozulur, olmaz, qadağandır. Kim edəcəksə, başı ağrıyacaq, məhkəmədə cavab verəcək, ən azı 50 min manat təzminat ödəməli olacaq. Özləri bilərlər. Nəinki mənim, bütün bəstəkarların mahnılarını süni intellektlə dəyişməyin. Özünüz üçün nəsə etmək istəyirsinizsə, edin.
Hər yerdə belə mahnılardan istifadə edirlər, sonra da özlərini “bəstəkar” adlandırırlar. Ona görə indi ki, ailələr də sünidir, evlənirlər, boşanırlar. O qədər bəstəkarlarımızın əsərləri var ki, bundan sonra belə mahnılar yazılmasa belə ehtiyac yoxdur. Yazırsansa, yaxşı yaz. Yaza bilmirsənsə, get hansısa bəstəkarın mahnısını götür, aranjiman et, oxu. Gündə, ayda bir mahnı çıxarmaqla nə demək istəyirsiniz? Qorxularından hər ay yeni mahnı çıxarırlar. Bəstəkarlarımız unudulub gedir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar