Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
16-04-2026
BÜTÜN XƏBƏRLƏR

Arda Turan futbol tarixinə düşdü

Tarix: 17-04-2026 19:49     Baxış: 325 A- / A+
Arda Turan futbol tarixinə düşdü
Arda Turan Avropa kuboklarında yarımfinala yüksələn türkiyəli baş məşqçilərin siyahısına daxil olub.
Manevr.az xəbər verir ki, “Şaxtyor Donetsk”in baş məşqçisi olan Arda Turan UEFA Konfrans Liqasında komandasını yarımfinala çıxarmaqla bu uğura imza atan 5-ci türkiyəli mütəxəssis kimi tarixə düşüb.
Bununla da o, Avropa arenasında son dörd mərhələyə yüksələn məşqçilər sırasında Adnan Süvari, Mustafa Dənizli, Fatih Terim və Aykut Kocamandan sonra yer alıb.
Məlumata görə, siyahıda yer alan ilk dörd məşqçi bu nəticəni Türkiyə klubları ilə əldə edib. Arda Turan isə “Şaxtyor Donetsk”lə yarımfinal görən ilk türkiyəli baş məşqçi kimi fərqlənib.
Qeyd edək ki, Adnan Süvari 1968/1969 mövsümündə “Göztəpə”, Mustafa Dənizli 1988/1989 mövsümündə “Qalatasaray”, Fatih Terim 1999/2000 mövsümündə yenə “Qalatasaray”, Aykut Kocaman isə 2012/2013 mövsümündə “Fənərbağça” ilə Avropada son dördlüyə yüksəlmişdi.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar