Xəbər lenti
Trampdan İrana təşəkkür
İranın Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün tamamilə açdığını elan etməsindən dərhal sonra ABŞ Prezidenti Donald Trampdan müsbət reaksiya gəlib.
Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, Tramp özünün "Truth Social" platformasında paylaşım edərək Tehranın bu addımını təqdir edib.
"İran indicə elan etdi ki, Hörmüz boğazı tamamilə açıqdır və gəmilərin tam keçidinə hazırdır. Təşəkkür edirəm!"
Mənbələr "təşəkkür" mesajını son həftələrin ən sərt hərbi ritorikasından sonra böyük bir diplomatik dönüş kimi qiymətləndirirlər. Cəmi bir neçə gün əvvəl İranın infrastrukturunu "cəhənnəmə döndərməklə" hədələyən Trampın bu səmimi rəftarı, Pakistanın vasitəçiliyi ilə aparılan İslamabad danışıqlarının müsbət nəticə verdiyini və tərəflərin böyük bir hərbi toqquşmadan yayındığını göstərir.
Bu addım həm də dünya bazarlarında neft qiymətlərinin sabitləşməsinə və ABŞ-ın elan etdiyi dəniz blokadasının yumşaldılmasına yol açır. Trampın bu bəyanatı aprelin 21-də bitəcək atəşkəsin daha uzun müddətə uzadılması və İranla yeni nüvə sazişi üçün "qapının açılması" kimi yozulur.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar