Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Saraçlıdan ulu Turana…

Tarix: 15-08-2025 13:14     Baxış: 274 A- / A+
                     Dəyanət Osmanlı


Dəyanət Osmanlının poeziyası Saraçlı torpağı­nın nəfəsindən başlayır, Borçalı yaddaşından, mədə­niy­yət iqlimindən süzülür, bütün Azərbaycan hissi­yatına körpü salır və Türk‑Turan ülküsünə qoşulur.
Osmanlının şeirləri ilkinlikdə Saraçlı eli­nin bərəkətli torpaqlarında yoğrulub, doğulub. Hər söz­də o yerin torpağının qoxusu, ocağının istisi duyulur. Doğulduğu ocaq onun milli kimliyinin qay­nağıdır.

 
Ata yurdum sizə bəlli,
Borçalının Saraçlı köyündə
Osman əfəndinin  
ocağında doğuldum.
O ocağın tüstüsü 
ilk aldığım nəfəsdi
və hər sabah dua edirəm,
son çıxan nəfəsim olsun.
 
Bu torpaq – Saraçlı – öz enerjisi, nəfəsi ilə onun üçün sadəcə doğulduğu yer deyil, həm də yaradıcılıq nəfəsinin, ruhi gücün ilk qaynağıdır.
Ömrün altmışına gəlmiş şairin “Borçalı mar­şı”n­da ifadə etdiyi ruhsallığa diqqət edək: 
 
“Gökbörülər çalası
Oğuz soylu Borçalı.
Qaysaq tutub yarası,
hökmü ulu Borçalı”.
 
Bu bəndin yer aldığı marşda Dəyanət Osmanlı Borçalının ruhunu, eləcə də, igidə qardaş dağlarının, da­ğa yoldaş igidlərinin əzəmətini, o torpağın qurtu­luşu uğrunda çəkilən əziyyətləri çağ­daş epik-poetik tərzdə sim­vollaşdırıb.
“Xankəndi Dirəniş marşı”nda isə əsl yurd mü­cadiləçsi ruhunun obrazı var və şair qəsbçini tut­du­ğu işğalçı yoldan çəkinməyə səsləyir:
 
“Eeyy qəsbçi, çək ordunu,
yolum üstündə durma!
Türkün halal yuvasını
boş qafanla qurcalama!” 
 
Və ardınca tarixin dərslərindən, işğalın, təcavü­zün son aqibətindən düşməni xəbərdar edir: 
 
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı bayraq
neçə soysuz taxtı yıxıb.
 
Burada Vətənin qutsallığı, Qarabağda ağüzlü, Ay­üzlü və qurdağızlı savaşımız, “halal yuva”nı, “kut­­sal torpağ”ı qo­ru­maq əzmi – bütün çağırışların  ha­mısı ulusa ün­van­lanmış bir qürur tribunasıdır. İl­ginc­dir – şair mar­şlarında da, tribunada da tri­bun­luq eləmir, pafosun poe­ziyanı üstələməsinə yol ver­mir və illa, öz şair­li­yin­də qalır. Sanki o tribunada olarkən də əlində qə­ləm və ağ kağız tutur…
Şairin poeziya dili çox sadə bir türksə ilə süs­lənib, bəzən poetika publisistik ritm ilə altun arna kimi çulğaşır.
Ulu türk ulusunun ortaq kökünə boylanan, bü­tün Türk dünyasını özünə doğma sayan baxışı Os­man­lının yaradıcılığında açıq-aydın görünür. Budur, “Boz­kurtlar marşı”na qulaq – daha doğrusu, könül verək:
 
“Türk halkının simgesi,
Bozkurtun mutlu sesi
sonsuzadek var olsun!” 
 
Yaxud:
 
“Türklerin   kardeşliği
düşmanı bitirecek.   
Türk Devletler Birliği 
Turan'ı getirecek.”
Burada həm coğrafi genişlik, həm ideoloji hədəf  – Türk Dövlətləri Birliyi, Turan şairin könlündə ap­ay­dın bir ülküdür. Bəli, Turan ülküsü bizimçün yalnız us (ağıl), beyin hadisəsi yox, bəlkə ondan da irəli sevdadır, könül işidir.
Və türklük marşında olduğu kimi: 
 
“Od içində   yatıb-durduq, köz götürdü gözümüz, 
biz qəhrdən ibrət aldıq, qəzadan miras ismimiz.”
 
Dəyanət Osmanlının yaradıcılığı çoxvektorlu, çoxplanlıdır və o, təkcə şeir yazmır, şeirin obrazını yaradır, onu həm də idealları kimi missiyalandırır. 
Onun marşları simvolikasına, tipologiyasına epo­­pe­yalar, milli missiyalı çağırışlardır. Onlar oxu­cuya qü­rur, milli kökə bağlılıq, milli mücadilə işində ruh yük­səkliyi, əzmkarlıq ruhu aşılamaqla müəl­lifə bir pub­lisist, esseist kimi də strateji güc verir. Şeir və publisistika ruhu burada bir-birini tamamlayır və müəllifi milli-mənəvi duruşun nümayəndəsinə çe­virir.
Bəli, şair altmışıncı baharını qeyd edir,  həm də “Salam, Günbatan!..” – deyərək: 
 
Salam, Günbatan!.. 
Budur,
səsdən hızlı qatar 
gündoğardan alıb məni,
tutub günbatan yolunu,
bir yıldız axışıyla
fit çalıb keçdi durmadan
60 nömrəli istasyonu.
Qatarın odasında 
mənlə üz-üzə 
susqun dayanmış 
səbirsiz anılar,
bəkçi ümidlər, 
qəfil sürprizlər... 
Pəncərədən güz alması kimi
çox dadlı görünür həyat.
Mən hansı yüklə,
hansı ildə,  
harda düşərəm,
düzünü tək Tanrı bilər... 
 
Qutlu ol­sun!
O, 60 illik ömrü ilə – doğulduğu Saraçlı elinə, ağ­rısını çəkdiyi “Vətənin uzağı, yaxını yoxdur “ –de­yə səsləndirdiyi Bütöv Can Azərbaycan çağırışına, qo­ru­du­ğu Türk‑Turan ülküsünə bağlıdır. Onun yaradıcılığı bu istiqamətləri üzvi surətdə birləşdirən kör­püdür. Osmanlının yaratdığı marşlar da təkcə söz de­yil, zamanın və ulusun ulu ruhuna çağdaş is­ma­rıclardır. 
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı bayraq
neçə soysuz taxtı yıxıb”…
 
Tanrı türkə yar olu, 
Türk qurtarar acunu!..
 















Əkbər Qoşalı  
2025. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar