Xəbər lenti
Analiz vermək adı ilə xəstəxanaya getdi, keçmiş arvadını balta ilə öldürdü

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib.
İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. Belə ki, E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onun bu nikahdan iki övladı dünyaya gəlib.
2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlanıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızı Aysevəri himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və qız anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, Aysevər bundan imtina edib və anasının himayəsində qalmaq istədiyini deyib.
Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın yad kişi ilə sevgili olduğunu deyib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən o, Elsevərlə əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gələrək onunla mübahisə edib, onu öldürəcəyini bildirib. Dilbər Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin (RP,) əməkdaşları Elsevər Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.
Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan Dilbər Namazova xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar