Sizin Reklam Burada
Xəbər lenti
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident

Tarix: 09-08-2025 08:18     Baxış: 325 A- / A+
"Bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.

Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində bildirib ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir: “Bugünkü gün buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında atılan addımlar, həm Azərbaycan Ermənistan normallaşması işində atılan addımlar və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövləti olan Amerika Prezidentinin buna dəstəyi və şahidlik etməsi bu Sazişin önəmini bir daha göstərir. Mən bu gün qeyd etdim ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Və əlbəttə ki, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var. Həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq". lent.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar