Sizin Reklam Burada
Xəbər lenti
11-02-2025
10-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan aliminə Özbəkistan mükafatı verilib -FOTOLAR

Tarix: 11-02-2025 20:06     Baxış: 426 A- / A+
 
Bu günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, Xəzər Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Özbəkistanın Nəvai şəhərində - Nəvai Dövlət Universitetində keçirilən “Əlişir Nəvai və Şərq renessansı” beynəlxalq simpoziumunda iştirak edib.
 Manevr.az xəbər verir ki, böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 584 illiyinə həsr edilmiş simpoziumda iyirmi ölkədən gəlmiş nəvaişünas alimlər məruzə ilə çıxış ediblər. Konfransda yüzdən çox məruzə dinlənilib.
Professor Bədirxan Əhmədli “Əlişir Nəvai yaradıcılığı çağdaş Azərbaycan ədəbiyyatşünaslığı kontekstində” mözvzusunda məruzə etmiş və sualları cavablandırmışdır. Konfransın həm açılış iclasında, həm də şəhərdə Nəvainin heykəli önündə keçirilən geniş toplantıda da qonaqlar adından çıxış edərək Nəvai yaradıcılığını özbək, türk xalqları və dünya ədəbiyyatı kontekstində dəyərləndirmişdir. Çıxışlarında Nəvai və Azərbaycan mövzusuna da ayrıca yer verən professor Bədirxan Əhmədli onu “Nizaminin kiçik, Füzulinin böyük qardaşı” adlandırmış və Azərbaycanda Nəvai yaradıcılığı ilə bağlı araşdırmalardan, əsərlərinin tərcümələrindən, ona verilən yüksək dəyərdən bəhs etmişdir.
Konfransda professor Bədirxan Əhmədli Özbəkistanın “Mənəviyyat fədaisi” döş nişanı, serifikat və plaketlə mükafatlandırılıb.


 Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar