Sizin Reklam Burada
Xəbər lenti
10-02-2025
09-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nərgiz Mustafayeva bu quruma departament rəisi təyin edildi

Tarix: 10-02-2025 11:07     Baxış: 340 A- / A+

Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinin rəisi təyin edilib.
Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb. 2006-ci ildən etibarən BP şirkətində "Ekologiya və ətraf mühitin mühafizəsi" üzrə müşavir vəzifəsini icra edib.
Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun "Komplyans, Maraqların qorunması ve Ekoloji hüquqi normalar" üzrə şöbə müdiri vəzifəsini icra edib.
2018-ci ildən BP şirkətinin "Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri" vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.
Orta təhsilini Bakıda başlayaraq ABŞ-in Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakultəsində davam edib. Hazırda Oksford Universitetində təhsilini davam etdirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar