Sizin Reklam Burada
Xəbər lenti
10-02-2025
09-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müharibənin görünməyən tərəfləri...

Tarix: 09-02-2025 13:23     Baxış: 3114 A- / A+

Ebru Bayramova
NDU-nun tələbəsi


Selincerin "Banan balığının ən asan ovlanan günü" adlı hekayəsinin adını ilk eşidəndə, bir uşaq hekayəsi olduğunu düşündüm. Oxumağa başladıqdan sonra heç nə anlamadım. Onda başa düşdüm ki, bir uşaq hekayəsi deyil, bir həyat hekayəsidir. Əsəri yalnız 3 dəfə oxuduqdan sonra hər mənada başa düşə bildim.    

Əsərin baş qəhramanı Seymur müharibədə iştirak etmiş bir obrazdır. Seymurun müharibənin təsiri ilə psixologiyası alt üst olmuşdur. Kim bilir, onun neçə-neçə yoldaşı gözünün qabağında öldürülüb, kim bilir o, cəbhədə  nələr görüb, yaşayıb, hiss edib… Amma təəssüf ki, onun ətrafında olan heç kəs onu başa düşə bilmir…    

Öz ailəsindən olan qayınanası, qayınatası belə ona güvənmir, dəli olduğunu düşünür, qızının Seymurun yanında qalmasını istəmirdi. Murielin anası inadla qızın onun yanından getməsini istəyirdi. Amma bütün bunlara rəğmən Muriel onun yanında qalmağı seçirdi… Yenə də tam anlamda o həyat yoldaşının yanında deyildi. Muriel Seymurun yanında olduğunu sanır, amma yalnızca fizikən onun yanındadır. O, həyat yoldaşının daxilində nələr baş verdiyi, nələr hiss etdiyi, nə əzablar çəkdiyi ilə heç bir şəkildə maraqlanmır. Yoldaşı Muriel Seymurun yanında sadəcə qalmaq üçün qalır. Bir dəfə belə olsun, onu anlamağa çalışmayıb. Yazıçı burada vecsiz qadın obrazı olaraq Murieli yaratmışdır.  

Seymurun ətrafındakı heç bir böyük onu anlamırdı, yanında olmağa çalışmırdı. O da o qədər yalnızlıq çəkirdi ki, balaca uşaqlarla yoldaşlıq edirdi, özünü onlara başa salmaq, yaşadıqlarını izah etmək istəyirdi. Əslində onun danışdığı, ünsiyyət qurduğu Sibil obrazı da ailəsi tərəfindən sevgi görmürdü. Hər iki obraz yalnızlıq çəkirdi. Bir-birlərindən başqa anlayanları yox idi. Beləliklə, onlar bir-birləri ilə söhbət edirlər. Hətta  Sibel Seymuru digər uşaqlara belə qısqanırdı. Yalnız onun dostu olmasını istəyirdi. Onlar birlikdə dənizə girirlər. Onların söhbəti zamanı Seymur Sibilə banan balığından bəhs edir:
- Acan kimi suyun dibində olan darboğaz çalalara doluşurlar. O çalalarda kalan banan olur. Onlar bu çalalara girməmişdən qabaq adi balıqlardan heç nə ilə fərqlənmirlər. Amma elə ki girdilər, özlərini lap donuz kimi aparırlar. Birini öz gözlərimlə görmüşəm: o, çalaya girəndən sonra bir dəfəyə düz yetmiş səkkiz banan yedi.
– Oğlan önündəki döşəyi yükü ilə birlikdə üfüqə sarı bir az da irəli itələdi. – Təbii ki, onlar bu cür çox yediklərinə görə o qədər şişirlər ki, girdikləri çaladan bayıra çıxa bilmirlər. Onun dar boğazından keçə bilmirlər.
- Çox uzağa getməyək.
– Sibil dedi.
– Bəs sonra neyləyirlər?
-Kimlər?
-Banan balıqları.
-Hə, yəni bilmək istəyirsən ki, onlar bu qədər yeyəndən sonra o çaladan bayıra çıxa bilməyəndə neyləyirlər, hə?
-Aha.
-Deməyə dilim gəlmir, Sibiş. Onlar ölürlər.
-Niyə?
– Sibil soruşdu.
-Banan qızdırmasına tutulurlar. Bu, çox pis xəstəlikdir.  

Seymur əslində burada banan balığının timsalında özünü göstərir. Girdiyi çala isə müharibədir və o çaladan heç vaxt qurtula bilməyəcəyini deyir. Və banan balığının dözə bilməyib sonda öldüyünü dilə gətirir. Onun psixologiyası o qədər pozulmuşdu ki, o otağa gedəndə insanlardan birinin onun ayağına baxdığını düşündü. Və bu onu dərindən narahat etdi. Burada “Dost başa baxar, düşmən ayağa” atalar sözü yadıma düşdü. Daha sonra da otağa gedir. Yatmış yoldaşının üzünə son dəfə baxır.
Bəlkə də o an ağlından yoldaşının nə qədər vecsiz olduğunu, onu anlamadığını, bir dəfə belə olsun anlamağa çalışmadığını düşünür. Sonda da özünü öldürür.   Bəlkə də ölkəmizdə, dünyada neçə-neçə Seymurlar var…  

Elə burda da görünür ki, müharibə yalnız dövlətə ziyan vermir. Neçə-neçə ata-ananı övladsız qoyur, neçə-neçə qadını yoldaşsız qoyur, nə qədər uşağı atasız qoyur? Nə qədər əsgərin psixologiyasına təsir edir? Bəs o ana-atalar nə etsin? Dərdini, qəlbinin acısını nə ilə dindirsin? Səbirsizliklə yarının gəlməyini gözləyən və hərşeyin düzələcəyini düşünən sevgililər yazıq deyil? Hələ daha çox kiçik yaşlarındaykən atasını tanımağa vaxtı belə olmayan uşaqlar nə etsin?
Bu hekayə bizə həm də şəhidlərimizi, qazilərimizi xatlrladır. Onların  hamısını hörmətlə yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizin də tezliklə sağalması üçün dua edirik. Unutmayaq ki “Qazilər şəhidlərin varisidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar