Xəbər lenti
Şeyx Əbdül Rasim Balayevi tənqid etdi: "Yubileyimi təbrik də etmədi"
"Xəstəyəm, amma buna baxmayaraq, son enerjimi "Azərbaycanfilm" kinostudiyasının bərpa olunmasına sərf edəcəyəm ki, meyitxana dirilsin. Bu sənətdə hamı özü üçündür, heç kəs kinostudiyanın qapısını açıb içəri girmək istəmir".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Aktyor hesab edir ki, bu gün heç kəs sənətkara qiymət vermir:
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünkü çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi".
Xalq artisti kinoya, sənətə hörmət etməyənlərin qapısını döymək düzgün deyil:
"Mən şeyx balasıyam, dilənməyi bacarmıram. Mən sənət adına böyük ideyalarla gəlmişdim. Böyük ustadlar getdilər, yerində çör-çöplər qalıb, mən də onlarla ünsiyyət qurmuram".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar