Almaniyanın ən zəngin adamı Klaus-Mixael Kühne Hamburqda yeni opera binasının inşası üçün 330 milyon avro ayırıb.
Manevr.az xəbər verir ki, bu barədə Kühne Fondu ilə Hamburq şəhər rəhbərliyi arasında razılıq əldə olunub.
Razılaşmaya görə, şəhər rəhbərliyi opera binası üçün ərazinin ayrılmasını və müvafiq infrastrukturun yaradılmasını öz üzərinə götürüb. Kühne Fondu isə binanın tikintisinin maliyyələşdirilməsini həyata keçirəcək.
87 yaşlı milyarder doğma şəhəri Hamburqda opera binasının inşası ilə bağlı niyyətini ilk dəfə 2022-ci ildə açıqlayıb. Şəhər bələdiyyəsi ilk vaxtlar bu açıqlamanı ciddiyə almasa da, sonradan aparılan müzakirələr zamanı razılaşma əldə olunub.
1955-ci ildə tikilmiş Dövlət Operası binasının təmirə ehtiyacı olduğu halda yeni binanın inşası planına görə milyarder tənqidlərə də məruz qalıb.publika.az
Xəbər lenti
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar