Sizin Reklam Burada
Xəbər lenti
10-02-2025
09-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı gözündən əməliyyat olunan şəhid atasını ziyarət etdi

Tarix: 09-02-2025 16:18     Baxış: 356 A- / A+
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Adgözəlov Faiq Mehti oğlunun atası Mehti Adıgözəlovu gözündən əməliyyat olunması ilə əlaqədar Nemətabad kəndindəki yaşadığı evdə ziyarət etmişdir. 
Manevr.az xəbər verir ki, ziyarətdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişlər. 
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atası ilə söhbət edərək ona şəfa diləmiş, ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır. 
Mehti Adıgözəlov dövlətimizin şəhid ailələrinə yaratdığı şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirmişdir.
Şəhid Faiq Adgözəlov 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Faiq Adgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar