Sizin Reklam Burada
Xəbər lenti
11-02-2025
10-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zaqatalada qalıqları tapılan hindistanlı turistlə bağlı geniş MƏLUMAT

Tarix: 11-02-2025 19:00     Baxış: 435 A- / A+

Xəbər verdiyimiz kimi 3 il əvvəl Zaqatalada itkin düşən hindistanlı turist Manikanth Kondaveetinin qalıqları tapılıb.
Manevr.az bildirir ki, lent.az onun itkin düşməsi ilə bağlı geniş məlumatı təqdim edir:
Zaqatalada itkin düşən hindistanlı turist kimdir?
- Manikanth Kondaveeti, 28 yaşlı Hindistan vətəndaşı, 26 aprel 2022-ci ildə təkbaşına səyahət üçün Azərbaycana gəlib. O, Zaqatala bölgəsində gəzinti planlaşdırırdı və sonuncu dəfə 12 may 2022-ci ildə ailəsi ilə əlaqə saxlayıb. Həmin tarixdən sonra onunla əlaqə kəsilib. Ailəsi Hindistan hökumətinə və yerli hakimiyyət orqanlarına müraciət edərək kömək istəyib. Lakin axtarışlar nəticəsiz qalıb. Son məlumatlara görə, Azərbaycan hakimiyyət orqanları meşəlik ərazidə tapılan insan qalıqlarının Manikanth Kondaveetiyə aid olduğunu təsdiqləyib. Bu hadisə təkbaşına səyahət edənlərin təhlükəsizlik tədbirlərinə ciddi yanaşmalarının vacibliyini bir daha göstərir.
Manikanth Kondaveetinin axtarışları necə aparılıb?
- Manikanth Kondaveetinin itkin düşməsi ilə əlaqədar genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də yerli sakinlər və alpinistlərdən ibarət qruplar axtarışlara cəlb olunub. Axtarışlar zamanı xüsusi təlim keçmiş itlər və dronlardan istifadə edilib. Təəssüf ki, uzun müddət davam edən axtarışlar nəticə verməyib və ailəsi ümidlərini itirərək Zaqatalanı tərk edib.
Zaqatalada itkin düşən turistin ailəsi Azərbaycan mediasına nə danışıb?
- Turistin atası Purna Chandra Rao Kondaveeti Lent.az-a açıqlamasında bildirib ki, oğlunun bundan əvvəl itkin düşməsi barədə yazılanlar doğru deyil: "Zaqatalaya gələndən dərhal sonra verdiyimiz müsahibədən savayı biz heç bir jurnalistlə danışmamışıq. Həmin vaxt da ona görə mətbuata danışdıq ki, daha çox insanın axtarışa qoşulması üçün Mani haqqında məlumatın yayılmasının faydalı olacağını düşünürdük. Mani heç vaxt Hindistanda və ya başqa yerdə itkin düşməyib, bir neçə ölkəni gəzib və demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb".
Atası oğlunun eynəyinin qiymətinin 10 min dollara olması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Mətbuat yazır ki, guya oğlumun eynəyinin qiyməti 10 min dollar olub. Bu yalandır. Eynəyin qiyməti 100 manatdan da ucuzdur".  
Purna Chandra Rao Kondaveeti itkin düşən oğlunun sağ-salamat tapılacağına ümid etdiklərini də sözlərinə əlavə edib: "Ailə üzvləri hələ də onun sağ-salamat tapılacağına ümid edirlər".
İtkin düşən hindistanlı turistin tapılması üçün nə qədər mükafat vəd olunub?
- Turistin qardaşı Dharan Kondaveeti deyib ki, qardaşı Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib:
Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.
Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 40000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik.
Qaydalar və Şərtlər:
1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.
İstinad üçün itkin düşən şəxsin əlavədəki şəkillərinə baxa bilərsiniz".
Zaqatalada itkin düşən hindistanlı turistin atası kimdir?
- İtən turistin atası Purna Chandra Rao Kondaveetinin Hindistanda yüksək vəzifədə çalışdığı bildirilir. Bəzi mənbələr isə onun hətta nazir müşaviri olduğunu iddia edir. Oğlunun itkin düşmə xəbərini alan atası bir neçə gündən sonra dərhal Zaqatalaya gəlib. 
***

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistdən xəbər var.

09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilmişdir.
Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunmuşdur.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.(apa)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar