Sizin Reklam Burada
Xəbər lenti
11-02-2025
10-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlətə xəyanət etmiş Azər Bağırov İordaniyadan Azərbaycana gətirildi

Tarix: 11-02-2025 09:10     Baxış: 458 A- / A+
DTX Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar