Sizin Reklam Burada
Xəbər lenti
11-02-2025
10-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Xanım kimi xoşbəxt deyiləm, ikinci dəfə ailə qurdum amma..."

Tarix: 11-02-2025 15:52     Baxış: 428 A- / A+

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı etiraflar edib.
Manevr.az xəbər verir ki, aktrisa "Etiraf" verilişində nakam sevgisindən danışıb:
"Xanım kimi xoşbəxt deyiləm. Gənc qız hər zaman ağ atlı şahzadəsini arzulayır. Yəni mən o şahzadəmi tapmadım. Şahzadə deyəndə bəlkə də insanlar zənginlik və sairə kimi başa düşərlər. Xeyr! Düşünürəm ki, bu həyatda mən "ruh əkizimi" tapa bilmədim.
Buna da şükür edirəm. Bu gün anayam, övladım var, az-çox tamaşaçılar tərəfindən sevilirəm. Allahın mənə yazdığı bu taleyə görə də şükür edirəm.
Təbii ki, sevdiyim olub. O insanla qovuşmamışam. Qoymadılar, imkan vermədilər qovuşmağa. Ən böyük sevgim də o insan olub. Bizim aramızda çox böyük bir sevgi olub. Onun dostları imkan vermədilər biz qovuşaq. Bizi çox gözəl cütlük adlandırırdılar. Düzdü, o dostlardan biri gəlib məndən etdiklərinə görə üzr istədi. Amma sevdiyim insanın da həyatı məhv oldu. O, tənha bir həyat yaşadı və dünyasını dəyişdi. Həyatı tənhalıqla keçdi. Həyatdır da".
N.Allahverdiyeva ikinci dəfə ailə qurmasından bəhs edib:
"İkinci dəfə ailə həyatı qurdum. Amma alınmadı, ailəmiz dağıldı. Tənhalıq çox pis şeydir. Təklikdə tənhalığın arasında böyük bir fərq var. Tənhalıq bir insanın daxili aləmidir. Tənha olmaq həm kişi, həm də qadın üçün çox çətindir. Tənhalıq quyunun dibidir. Düşürsən ora və çabalayırsan. Deyəcəyin söz yox, dərdini danışacağın bir insan yox. Amma yenidən ailə qurmaq və buna addım atmaq kimi düşüncələrim yoxdur".(axşam.az)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar