Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı etiraflar edib.
Manevr.az xəbər verir ki, aktrisa "Etiraf" verilişində nakam sevgisindən danışıb:
"Xanım kimi xoşbəxt deyiləm. Gənc qız hər zaman ağ atlı şahzadəsini arzulayır. Yəni mən o şahzadəmi tapmadım. Şahzadə deyəndə bəlkə də insanlar zənginlik və sairə kimi başa düşərlər. Xeyr! Düşünürəm ki, bu həyatda mən "ruh əkizimi" tapa bilmədim.
Buna da şükür edirəm. Bu gün anayam, övladım var, az-çox tamaşaçılar tərəfindən sevilirəm. Allahın mənə yazdığı bu taleyə görə də şükür edirəm.
Təbii ki, sevdiyim olub. O insanla qovuşmamışam. Qoymadılar, imkan vermədilər qovuşmağa. Ən böyük sevgim də o insan olub. Bizim aramızda çox böyük bir sevgi olub. Onun dostları imkan vermədilər biz qovuşaq. Bizi çox gözəl cütlük adlandırırdılar. Düzdü, o dostlardan biri gəlib məndən etdiklərinə görə üzr istədi. Amma sevdiyim insanın da həyatı məhv oldu. O, tənha bir həyat yaşadı və dünyasını dəyişdi. Həyatı tənhalıqla keçdi. Həyatdır da".
N.Allahverdiyeva ikinci dəfə ailə qurmasından bəhs edib:
"İkinci dəfə ailə həyatı qurdum. Amma alınmadı, ailəmiz dağıldı. Tənhalıq çox pis şeydir. Təklikdə tənhalığın arasında böyük bir fərq var. Tənhalıq bir insanın daxili aləmidir. Tənha olmaq həm kişi, həm də qadın üçün çox çətindir. Tənhalıq quyunun dibidir. Düşürsən ora və çabalayırsan. Deyəcəyin söz yox, dərdini danışacağın bir insan yox. Amma yenidən ailə qurmaq və buna addım atmaq kimi düşüncələrim yoxdur".(axşam.az)
Xəbər lenti
"Xanım kimi xoşbəxt deyiləm, ikinci dəfə ailə qurdum amma..."

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar