Sizin Reklam Burada
Xəbər lenti
11-02-2025
10-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT

Tarix: 11-02-2025 17:34     Baxış: 427 A- / A+
Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni rəhbər təyin edilib. 
Manevr.az modern.az-a istinadən xəbər verir ki, müvafiq qərar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov tərəfindən verilib.
Qərara əsasən, əvvəllər İcra Hakimiyyətində baş məsləhətçi kimi çalışan Qiyas Abdullayev İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə yeni nümayəndəsi səlahiyyətlərini müvəqqəti icra edəcək. O, bundan əvvəl İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvvəllər Əlişir Süleymanov olub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
Ötən il Baş Prokurorluq İcra Hakimiyyətində əməliyyat keçirib. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə məsuliyyətə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Fotoda Qiyas Abdullayev


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar