Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurun verilməsi prosesi BAŞLADI

Tarix: 02-02-2025 12:28     Baxış: 318 A- / A+

Nikol Paşinyanın ötən gün keçirdiyi və 4 saat davam edən mətbuat konfransının əsas hədəfi ictimaiyyəti Zəngəzur dəhlizinin mümkün güzəştinə hazırlamaq cəhdi ola bilər.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın müxalif "Hraparak" nəşri "təhlilçilərə istinadla" məqalə yayıb.
Məqalədə "Azadlıq" radiosunun ABŞ Dövlət Departamentinin 1990-cı illərdə Ermənistanla Azərbaycan arasında ərazilərin mübadiləsi ideyasını müzakirə edən məxfilikdən çıxarılmış sənədləri xatırladılıb. Belə ki, bu məsələ Robert Köçəryanla Heydər Əliyev arasında keçirilən görüşlərdə qaldırılıb:
"Bu sənədləri şərh edən Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə debatların mənasız olduğunu bildirib: "Bu diplomatik sənədlərin dərci məsələni bağladı. İndi hətta deyə bilərəm ki, mən üç prezidenti debata dəvət etmirəm, çünki onlarla daha mübahisə edəcək bir şey yoxdur. Dərc edilmiş sənədlər debatları tamamilə mənasız edib. Ən əlamətdarı isə onun (Köçəryanın) Azərbaycanın nəqliyyat blokunun açılması təklifinə müsbət cavab veriləcəyi ilə bağlı bəyanatıdır".

Bildirilib ki, Nikol Paşinyan mətbuat konfransında Azərbaycana maneəsiz keçid verməyə hazır olduğunu vurğulayıb:
"Ancaq Paşinyan bildirdi ki, maneəsiz keçid Ermənistan yurisdiksiyasından kənar demək deyil. "Maneəsiz, lakin Ermənistanın yurisdiksiyasından yan keçmədən hərəkət" nə deməkdir? Bu, dəhliz məntiqini nəzərdə tutmurmu?
Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan qeyd edib ki, malların maneəsiz daşınması ən azı "sərhəd və gömrük yoxlamasından" sonra mümkündür. Əks təqdirdə, o, sadəcə dəhlizdən başqa bir şey deyil".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar