Xəbər lenti
Dövlət Neft Fondu ötən il 45 tona yaxın qızıl alıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
Manevr.az apa-ya istinadən xəbər verir ki, 2024-cü ildə Fondun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 509,7 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin III rübündə Fonddun investisiya portfelinin 10 milyard 844,9 milyon ABŞ dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin IV rübündə 19,6 ton qızıl alıb. Belə ki, oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 127 ton təşkil etdiyi halda bu il yanvarın 1-nə bu rəqəm 146,6 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ildə 44,8 ton qızıl alıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar