Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib.
Manevr.az-ın məlumatına görə, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
Belə ki, Proqramda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması qeyd olunub.
Əsas icraçı orqan Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Nazirliklərə 2025−2029-cu illərdə təhlillərin aparılması, təkliflərin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması tapşırılıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar