Manevr.az xəbər verir ki, bəyanatda Moskvanın Suriyada Əsəd rejiminin devrilməsindən sonra davam edən müsbət dəyişiklikləri dəstəklədiyi qeyd olunub.
Bəyanatda eyni zamanda Moskvadan Suriyadakı vətəndaş müharibəsi zamanı Əsədə üsyançılarla mübarizədə kömək edərkən Suriya şəhərlərini bombaladığına görə dəymiş ziyanı ödəməyi tələb edib. Bəyanatda deyilir: “Rusiyanın təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqına etimadın bərpasında rolu vurğulanıb”.
"Reuters"in məlumatına görə, Suriyanın faktiki lideri Əhməd Şara görüşdə Rusiya nümayəndə heyətindən Əsədin Dəməşqə təhvil verilməsini istəyib. Rusiya tərəfi Şaranın xahişini şərh etməyib.ölkə.az