Sizin Reklam Burada
Xəbər lenti
29-01-2025
28-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu

Tarix: 28-01-2025 20:33     Baxış: 71 A- / A+


Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu
51 il əvvəl rus yazıçısı Aleksandr Soljenitsının “Arxipelaq qulaq” romanı ilk dəfə işıq üzü gördü. 
1937-1938-ci illərdə SSRİ lideri İsofi Stalinin həyata keçirdiyi kütləvi terror və repressiya illərinə, islah-əmək düşərgələrində cəza çəkən məhbusların taleyinə işıq salan əsər yazıçıya dünya şöhrəti qazandırdı, həm də SSRİ-dən sürgün edilməsi ilə nəticləndi.
Manevr.az lent.az istinadla “Arxipelaq Qulaq” əsərinin yazılmasına səbəb olan hadisə barədə yazını təqdim edir.


İkinci Dünya Müharibəsinin iştırakçısı olan Aleksandr Soljenitsın müharibə illərində ictimai-siyasi məsələlərlə fəal maraqlanır və dostları ilə yazışmalarda İosif Stalinə eyham vuran “Xaç atası”nı pisləyirdi. 1945-ci ilin fevralında o həbs olundu və islah-əmək düşərgələrindən birində həbs cəzasına məhkum edildi. Soljenitsın 1953-cü ilin fevralına qədər həbsdə qaldı. Bir vaxtlar ideoloji kommunist-leninist, azadlığa çıxandan sonra isə o, ideoloji anti-kommunist oldu. Bu da onun bütün sonrakı yaradıcılığında öz əksini tapdı. Lakin onun azadlığa çıxma vaxtı Stalinə pərəstişin pislənməsi ilə üst-üstə düşdüyü üçün reabilitasiya olunmuş Soljenitsın fəal şəkildə nəşr olunmağa başladı. O hətta yeni Sovet lideri, Stalinə pərəstişi pisləmiş Nikita Xruşşovdan tərif də aldı. "İvan Denisoviçin həyatında bir gün" əsəri xüsusi uğur qazandı. Soljenitsının hekayələri bədii məziyyətləri və vətəndaş cəsarəti ilə o dövrün əsərləri fonunda kəskin şəkildə seçilir və zaman keçdikcə o, sovet repressiyalarını və təqiblərə məruz qalanların faciələrini təhlil edən böyük bir əsər yazmağa başlayır.

“Arxipelaq Qulaq” romanı 1958-ci ildən 1968-ci ilə qədər 257 məhbusun məktubları, xatirələri, canlı söhbətləri və müəllifin şəxsi təcrübəsi əsasında bədii tədqiqat eksperimenti kimi yazılmışdı. Məşhur inancın əksinə olaraq, 1970-ci ildə Soljenitsına Ədəbiyyat üzrə Nobel mükafatı verməsinin o vaxta qədər nəşr olunmamış “Arxipelaq Qulaq” əsəri ilə heç bir əlaqəsi yox idi, ancaq yazıçının yaradıcılığında əsas əsəri məhz bu tədqiqat romanı idi. “Arxipelaq Qulas” yalnız Parisdə (sonra isə digər Avropa ölkələrində) nəşr olundu, nəşrdən əvvəl yazıçı ilə KQB (onun sözlərinə görə) arasında qeyri-rəsmi danışıqlar aparıldı və əsər çap olunduqdan sonra yazıçı ictimai qınaqla və Mərkəzi Siyasi Bürosun iclasının nəticələri ilə üzləşdi. “KQB” sədri Yuri Andropovun Soljenitsının ölkədən çıxarılmasının lehinə təklif verdiyi iclasda digər Siyasi Büro üzvləri əvvəlcə Soljenitsının həbs edilməsi və sürgünə göndərilməsinə səs versələr də, lakin sonda Andropovun qərarını dəstəkləyərək fevralın 12-də Soljenitsının vətənə xəyanətdə ittiham edilərək həbs edilməsi, Sovet vətəndaşlığından məhrum edilməsi və növbəti gün, fevralın 13-də SSRİ-dən sürgün edilərək, təyyarə ilə Almaniyaya göndərilməsinə qərar verdi.

Sovet hakimiyyətinin qəzəbləndirən əsas səbəb Soljenitsının “Arxipelaq Qulaq” romanında düşərgə administrasiyasının qeyri-insaniliyini, gülünc əsaslarla məhkum edilmiş insanların ölümünü və sui-istifadə hallarının, işgənclərin təfərrüatlı və parlaq şəkildə təsvir etməsi, məhkum olunanlara, o cümlədən Qırmızı ordunun keçmiş hərbçilərinə tam rəğbətini bildirməsi idi. Yazıçı xaricdə olarkən dəfələrlə Sovet İttifaqındakı rejimin qeyri-insanliyini dilə gətirdi, lakin bir qədər gözlənilməz alternativ təklif etdi: avtoritar milli Rusiya dövlətinin qurulmasını. O bu fikrə görə çox tənqid olundu, bəziləri onu rus millətçiliyində, digərləri isə romanda qeyri-real, şişirdilmiş səhnələr təsvir etməkdə, əsərin dilinin primitiv olmasında, hətta Qərbin qarayaxma kampaniyasında iştirak etməkdə ittiham etdi. SSRİ-də isə Aleksandr Soljenitsının bütün nəşr olunan əsərləri məhv edildi.
“Yenidənqurma” dövründən sonra Soljenitsının kitabları SSRİ-də nəşr olunmağa başladı və o, özü nəinki Rusiyanın gələcəyinin əsas ideoloji memarlarından biri kimi meydana çıxdı, həm də müxtəlif siyasi mövzularda çıxış edərək bu nüfuzunu gücləndirdi. Vaxt keçdikcə o, Rusiyaya köçdü, "Qulaq arxipelaqı" romanı məktəb dərsliklərinin bir hissəsi oldu. Hətta, Rusiya lideri Vladimir Putin yazıçı haqqında özünün ideoloji mentoru kimi danışdı. Lakin Soljenitsının ideyaları və yaradıcılığı ilə bağlı qiymətləndirmələr hələ də son dərəcə qütbləşmiş durumdadır və yekdil fikir mövcud deyil.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar