Sizin Reklam Burada
Xəbər lenti
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Altı türk ölkəsinin filminin Şuşa çəkilişləri bu tarixdə başlayacaq

Tarix: 29-01-2025 15:23     Baxış: 449 A- / A+
"Molla Nəsrəddin - çətin günlərin dostu" filminin Qırğızıstan çəkilişləri başa çatıb.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında filmin prodüseri Zaur Darabzadə deyib.
O qeyd edib ki, ekran əsərinin Qırğızıstanda çəkilişləri payızın əvvəlində start götürüb: “Artıq oradakı çəkilişləri tam yekunlaşdırmışıq. Növbəti çəkilişlərimiz fevral ayının axırında Qazaxıstanda, ardınca Özbəkistan və Türkiyədə gerçəkləşəcək. Azərbaycandakı çəkilişlər isə may ayında Şuşada olacaq”.
Qeyd edək ki, türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qəbul olunub.
Ekran əsəri təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gəlir.
Filmin ssenari müəllifi və baş rejissoru, Xalq artisti Vaqif Mustafayevdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar