Xəbər lenti
Məşhur çipsi markası marketlərdən yığışdırılır - Ölüm riski var
Dünyaca məşhur qida markaları ardıcıl geri çağırma qərarları ilə gündəmə gəlir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, "Coca-Cola" məhsullarında yüksək miqdarda xlorat aşkar edilməsindən sonra bu dəfə "Lay's" çipslərində bəyan edilməmiş süd tərkibi aşkar edilib.
Coca-Cola-nın geri çağırma qərarından sonra ABŞ Ərzaq və Dərman Administrasiyası (FDA) Lay's markasının ABŞ bazarı üçün istehsal edilən 350 qramlıq paket çipsində bəyan edilməmiş süd məhsulu aşkar edib. FDA-nın açıqlamasına görə, bu, xüsusilə süd allergiyası olan istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır və hətta ölümcül allergik reaksiyalara səbəb ola bilər.
FDA Lay's çipslərini ən yüksək risk səviyyəsində qiymətləndirib. Məlum olub ki, bu çipslər yalnız Vaşinqton və Oreqon ştatlarında satılıb.
Səlahiyyətlilər istehlakçılara məhsulları istehlak etməməyi və geri qaytarmağı tövsiyə ediblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar